sehiyye.info

Koronavirus başqa bir xəstəliyə yol açdı: 5 yaşlı bir uşaq öldü

Koronavirus başqa bir xəstəliyə yol açdı: 5 yaşlı bir uşaq öldü
Koronavirus mutasiya edir ?
Nyu-York şəhərində 5 yaşlı bir uşaq, son həftədə ortaya çıxan Kovid-19-la əlaqəli xəstəlikdən ölüb. Nyu-York meri Andrew Cuomo, Səhiyyə Nazirliyinin əvvəllər təyin olunan hallara baxdığını açıqlayıb.

Sehiyye.info xarici mediaya istinadən xəbər verir ki, koronavirus epidemiyasından sonra İngiltərə də daxil olmaqla, ən azı 6 ölkədə immunitet sistemində ciddi problemləri yaranan və reanimasiyaya ehtiyacı olan uşaqlarda nadir bir xəstəlik aşkarlanıb.

Bədəndə bir neşə orqana təsir edən iltihabın Kovid-19 infeksiyası ilə əlaqəli olduğu təxmin edilir. Xəstəliyə dair araşdırmalar davam edir. ABŞ-ın Nyu - York şəhərində isə 5 yaşlı bir uşağın bu şübhədən öldüyü bildirilib.

Nyu-York meri Andrew Cuomo, xəstəlik səbəbindən ən azı bir ölüm halının baş verdiyini vurğulayıb. Cuomo, 73 uşağın pediatrik multisistemli iltihab sindromundan təsirləndiyini söyləyib.



REKLAM