sehiyye.info

Psixoloq karantin stressinə qarşı bunu təklif etdi

Psixoloq karantin stressinə qarşı bunu təklif etdi
Psixoloq sosial təcrid dövründə gərginlik və stressin öhdəsindən gəlməyə kömək edən məşqdən danışıb.

Sehiyye.info xəbər verir ki, psixologiya üzrə fəlsəfə doktoru və “Skype Güvən” xəttinin kuratoru Natalya İskra rusların koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbiylə qarşılaşdıqları problemlərdən danışıb:

“Çoxları narahatdır. Bəzi insanlar virus infeksiyasına daha çox həssas və təhlükədə olan yaxınları üçün narahatdırlar, digərləri mövcud vəziyyətə uyğunlaşa bilmirlər. Bundan əlavə, bəziləri əvvəllər problem yaratmayan ehtiyaclarını ödəyə bilmirlər. Özünü təcriddə müddətində əyləncələrdən uzaq qalmaq da insanların vəziyyətinə təsir edir. Narahat olmağa başlayırlar, bir yerdə dayana bilmirlər. “Kvadrat nəfəs” məşqləri narahatlığın öhdəsindən gəlməyə kömək edəcək” , - deyə Sankt-Peterburq televiziya kanalı ekspertdən sitat gətirib.

Psixoloq bildirib ki, bunun üçün burundan altı dəfə nəfəs almaq lazımdır.

“Eyni zamanda ağciyərlərinizin böyüdüyünü hiss etmək üçün əllərinizi sinəyə və ya bir qədər aşağıya qoya bilərsiniz. Burundan nəfəs aldıqdan sonra nəfəsinizi dayandırmalı, daha altı dəfə saymalı və sonra havanı ağzınızdan çıxarmalısınız “ , - deyə o, qeyd edib.

Bənzər hərəkət təxminən on dəfə təkrarlanmalıdır. Bu, stress və narahatlıqların öhdəsindən gəlməyə kömək edəcək.Publika.az



REKLAM