sehiyye.info

Məşhur həkimdən ŞOK proqnoz: Dünyanı daha ölümcül epidemiya gözləyir

Məşhur həkimdən ŞOK proqnoz: Dünyanı daha ölümcül epidemiya gözləyir
Koronavirusla bağlı məlumat mərkəzinin rəsmi nümayəndəsi, “Rusiya 1” kanalında yayımlanan “О самом главном” verilişinin aparıcısı, məşhur həkim Aleksandr Myasnikov hazırkı pandemiyadan daha ölümcül bir epidemiyanın olacağını proqnozlaşdırıb.

Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim yeni epidemiyanın daha ciddi fəsadlara səbəb olacağını iddia edib:

“Hamımız ölüm göstəriciləri 30-35 faiz olan ciddi epidemiya gözləyirik. Amma koronavirusla bağlı hazırkı vəziyyət dünyanın yeni bir epidemiyaya qarşı daha hazırlıqlı olmasına kömək edəcək”.

Bundan əlavə, Myasnikov qeyd edib ki, hazırda ən təhlükəli yer xəstəxanadır. Həkimin dediyinə görə, həkimlərin koronavirusa yoluxma ehtimalı daha çoxdur.Publika.az



REKLAM