sehiyye.info

Koronavirusun dərmanını tapdığını deyən türk professora - Nazirdən reaksiya

Koronavirusun dərmanını tapdığını deyən türk professora - Nazirdən reaksiya
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusun müalicəsində “Dornaz Alfa” dərmanından istifadə olunarsa, xəstələrin sağalacağını bildirən professor Ercüment Ovalıya sərt reaksiya göstərib.

Sehiyye.info “Haberler”ə istinadən xəbər verir ki, Qoca professorun sözləri ilə bağlı bunları deyib:

“Sözügedən dərman beynəlxalq firmanın lisenziyalı dərmanıdır. Cümlələrimi xüsusi həssaslıqla seçərək deyirəm: Türkiyədə icazəli dərmandır. Kistik fibrozlu xəstələrə, ağciyər problem olan xəstələrə tətbiq edilən və faydası görülən dərmandır. Covid-19-un müalicəsində onun faydalı olmasına dair laborator və kliniki işlərin başladığını bilirik. Bununla bağlı mərkəzə “hər hansı təcrübəniz və ya peyvəndiniz varsa, layihələndirib bizə müraciət edin” dedik. Sosial şəbəkə üzərindən insanların ümidi ilə oynamaq olmaz. Cəmiyyətə faydalı iş görən hər kəs bizim üçün qiymətlidir. Dərman və peyvənd həm milli, həm də strateji işdir. Bu iş sosial şəbəkənin üzərindən görülməz. Beynəlxalq firmanın dərmanı ümidlərə son qoyaraq ifadə edilməz”.

Xatırladaq ki, Ovalı Tvitter səhifəsində dərmanla bağlı “1 aydır üzərində işlədiyimiz dərmanın adını aprelin 23-də açıqlayacaqdıq. Ancaq o qədər təsir gücü var ki, insnaların həyatını xilas edə bilər. “Dornza Alfa” təcili klinik testlərə qəbul edilməlidir” yazmışdı.

O, REAL TV-yə müsahibəsində dərmanın koronavirusun müalicəsindəki rolundan danışmışdı.365.az



REKLAM