sehiyye.info

İtaliyalı həkimlər koronavirusun dəhşətlərindən danışdı.

İtaliyalı həkimlər koronavirusun dəhşətlərindən danışdı.
İtaliyanın Berqamo şəhərinin xəstəxanalarından birinin həkimləri koronovirusun dəhşətlərindən danışıb.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,Berqamo Xəstəxanasının həkimi Roberto Kosentini dəhşətli xəstəliklə bağlı dünyaya müraciət edib."-Sərhədlərinizi bağlayın,hər gün yüzlərlə İtaliyalı xəstəxanalarda can verir.Bu hala düşməmək üşün qabaqlayıcı tədbirlər görün,sərhədlərinizi bağlayın."
İtaliyalı həkimlər koronavirusun dəhşətlərindən danışdı.
Çində başlanan pandemiya İtaliyada daha çox can alır.Hazırda bu xəstəliklə mübarizə aparmaq çox çətindir.Bu qrip deyil,pnevmaniya da deyil,pnevmaniyanın daha ağır formasıdır.
Xatırladaq ki, həkimlər koronavirusun əsas simptomlarını açıqladılar və bunlar: boğaz ağrısı, nəfəs darlığı, quru öskürək və yüksək temperaturdu. Ağır sətəlcəm bir komplikasiya olaraq ortaya çıxır. Ancaq xəstəlik həmişə belə bir şəkildə açıq şəkildə davam edə bilməz və tamamilə asimptomatik olaraq davam etdiyi hallar var.
İtaliyalı həkimlər koronavirusun dəhşətlərindən danışdı.
"Mən uzun illər həkim kimi çalışmışam, amma təcrübəm boyu heç vaxt belə stress yaşamamışam, baxmayaraq ki, kifayət qədər gərgin anlar yaşanıb" dedi anestezioloq Lorenzo Grazioli.Onun sözlərinə görə hazırda xəstəxanada yüzə yaxın anestezioloq fəaliyyət göstərir.Amma bu qədər xəstə axınının qarşısında acizdirlər.
Ən kədərlisi odur ki, insanlar adətən yaxınlarını və əzizlərini dəfn edə bilmirlər. Şəhərdə hər şey izdihamlıdır: meyitxanalar, krematoriyalar və mərasim otaqları. Tabutları hərbi yük maşınları ilə qonşu şəhərlərə aparırlar və orada krematsiya üçün növbələrini gözləyirlər. Daha sonra ölülərin külü olan urnlar ailələrinə veriləcək.
İtaliyalı həkimlər koronavirusun dəhşətlərindən danışdı.



REKLAM