sehiyye.info

Xüsusi rejim niyə tətbiq olundu?

Xüsusi rejim niyə tətbiq olundu?
"Səhiyyə işçilərinin gecə-gündüz fəaliyyətinə baxmayaraq, artıq ölkə daxilində də yoluxma halları var"

“İndiyə qədər görülən işlər nəticəsində ölkəyə koronavirus infeksiyasının xaricdən daxil olmasının qarşısı alınmış vəziyyətdədir”.

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün ölkədə xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, ölkədə biznes fəaliyyətinin qorunub saxlanması üçün yükdaşımalar, ticarət əlaqələri təmin edilir: “Səhiyyə işçilərinin gecə-gündüz fəaliyyətinə baxmayaraq, artıq ölkə daxilində də yoluxma halları var. Dünyada da yaranmış vəziyyəti nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi tətbiq edib”.

İ.Məmmədov əlavə edib ki, martın 24-dən aprelin 20-dək davam edəcək xüsusi karantin rejiminə əsasən, artıq rayonlardan Bakı, Sumqayıt və Abşeron rayonuna deyil, Bakı, Sumqayıt və Abşerondan da rayonlara çıxış qadağan edilir.




REKLAM