sehiyye.info

Xəmirlə bağlı bəzı faydalı məsləhətlər

Xəmirlə bağlı bəzı faydalı məsləhətlər
-Xəmirdə şəkər çox olduqda bışırilən məmulat yaxşı qızarmır.
-Xəmirə soda çox vurulubsa, məmulatın rəngi tünd, xoşagəlməz iyli olacaq.
-Xəmirdə yağ çox, su isə nə qədər az olarsa, bir o qədər çox ovular.
-Laylı xəmiri yoğurandan sonra 1 saatlığa soyuq yerə qoysanız, yaxşı yayılar və bişirəcəyiniz qaba yapışmaz.
-Biskvit xəmir hazırlanarkən un, yumurta və şəkər qarışıgı ilə 15 saniyədən çox yoğrulmur. Çünki xəmir yapıxır və məmulat bərk olur.
-Yağda qızardılan pirojkilərin xəmiri sobada bişirilən pirojkilərin xəmirinə nisbətən yumşaq olmalıdır.
-Bişəndən sonra tortu, keksi formada, ya da tavada saxlamaq olmaz. Onu çıxarıb salfetin üzərinə qoymaq lazımdır.Biq.az



REKLAM