sehiyye.info

KTM-də elmi-tibbi konfrans keçirilib (FOTO)

KTM-də elmi-tibbi konfrans keçirilib (FOTO)
08.02.2019-cu ildə Kliniki Tibbi Mərkəzdə İdarə heyəti və tibb işçilərinin iştirakı ilə mövsümi qripə həsr olunan elmi-tibbi konfrans keçirilib.



Tədbiri giriş sözü ilə açan terapiya qəbul şöbəsinin müdiri Məhəbbət Qəmbərova Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 03.10.2018-ci il tarixində 70 nömrəli “2018-2019-cu illər payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmri bir daha tibb işçilərinin nəzərinə çatdırıb.



Daha sonra çıxış edən Reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyev və KTM-in I yoluxucu şöbəsinin həkim-rezidenti Gülnar Axundzadə mövsüm qripi ilə bağlı çıxış ediblər.



Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

KTM-də elmi-tibbi konfrans keçirilib (FOTO)
KTM-də elmi-tibbi konfrans keçirilib (FOTO)
KTM-də elmi-tibbi konfrans keçirilib (FOTO)
KTM-də elmi-tibbi konfrans keçirilib (FOTO)



REKLAM