sehiyye.info

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə karantin müddətinə daha 5 nəfər yerləşdirilib

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə karantin müddətinə daha 5 nəfər yerləşdirilib
Fevralın 4-də Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə karantin müddətinə daha 5 nəfər yerləşdirilib.

Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 1992-ci il təvəllüdlü tələbə və onun 1993-cü il təvəllüdlü həyat yoldaşının heç bir şikayəti yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaq.

Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı sərhəd-keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir və lazımi yardım göstərilir.

Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyin mətbuat xidmətindən bildirib.

Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.

Mərkəzdə yerləşdirilmiş Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə isə, o karantin müddəti bitdiyindən bu gün evə buraxılır. Səhhətində heç bir problem yoxdur.



REKLAM