sehiyye.info

Kosmetoloji prosedurlar

Kosmetoloji prosedurlar
Kosmetoloji prosedurlar bir sıra xidmətləri özündə cəmləşdirir.

Üz dərisinin cavanlaşması, üz dərisinin təmizlənməsi , mezoterapiya , karboksiterapiya , biorevitalizasiya , dolğu inyeksiyaları , kimyəvi piling və s. kimi xidmətlərlə zəngindir.

Üz dəri tipləri quru olan insanlar üçün bir sıra maskalar hazırlamaqla bu problemdən xilas olmaq olar. Bir sıra insanlar bir çox kosmetoloji prosedurlardan isifadə edir. Lakin bəzi vaxtlarda bu prosedurlar uğursuzluq ilə nəticələnə bilər.

Bəzən biz müəyyən kosmetoloji mərkəzlərə müraciət edirik. Üzünüz, dəriniz həssasdısa müəyyən kosmetoloji prosedurlardan istifadə edərkən diqqətli olun. Kosmetoloq və ya bu sahənin hər hansı bir mütəxəssisi ilə məsləhətləşmədən kosmetoloji prosedurlardan istifadə etməyiniz tövsiyyə olunmur.

Kimyəvi piling - Üzünüzün tamamilə təmizlənməsini istəyirsinizsə, kimyəvi pilingdən istifadə etməyiniz daha məqsədə uyğundur. Çünki kimyəvi piling üz dərinizin tamamilə soyulması nəticəsində insan daha gözəl və təmiz dəriyə sahib ola bilər.

Mezoterapiya - Dermatologiyada daha çox istifadə olunan metoddur. Mezoterapiya vasitəsilə dərinin orta qatına mezoiynələr vasitəsilə bir çox dərmanlar yeridilir. Bununla yanaşı bir çox vitaminlər, minerallar dəriyə yeridilir və buda dərinin yenilənməsinə gətirib çıxardır.İnce.az



REKLAM