sehiyye.info

Azərbaycan Milli Elmlər Akademiyasında tibbi aksiya keçirilib (FOTO

Azərbaycan Milli Elmlər Akademiyasında tibbi aksiya keçirilib (FOTO
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tibbi aksiya keçirib.



Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının həkim heyəti AMEA-nın əməkdaşlarına tibbi xidmət göstəriblər. Humanitar aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək və onlar arasında refraksiya anomaliyalarının aşkarlanmasından ibarət olub. Eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.



Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır və bu Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. 2005-ci ildən Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirib.



Tibbi aksiya zamanı AMEA-nın 113 əməkdaşı oftalmoloji müayinədən keçib. Müayinə olunanlarda akkomodasiyanın spazmı, konyunktivit, presbiopiya, miopiya, hipermetropiya, quru göz sindromu, astiqmatizm, katarakta və s. göz xəstəlikləri aşkarlanıb.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 73 həqiqi üzvü və 114 müxbir üzvü var.



Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı




REKLAM