sehiyye.info

Soyuyuruq - 36,6 artıq norma deyil

Soyuyuruq - 36,6 artıq norma deyil
İndi yüksək hərarət qripin əlaməti sayılır. O, bir saat ərzində 40 dərəcə C-yə qalxa bilər, amma kəskin respirator virus infeksiyasında hərarət 39 dərəcədən yuxarı qalxmır

Amerikalı alimlər aşkar ediblər ki, XIX əsrin ortalarından etibarən insan bədəninin hərarəti azalmağa başlayıb.

Sehiyye.info bildirir ki, bu barədə eLife jurnalı yazıb. Nəşrin məlumatına görə, həmin dövrdə insan bədəninin temperaturu 37 dərəcə C olub.

Tədqiqatçılar müxtəlif dövrləri - 1862-1930; 1971-1975 və 2007-2017-ci illər arasında olan vaxt kəsiyini əhatə edən bir neçə elmi işin məlumatlarını tutuşdurublar. Məlum olub ki, birinci zaman kəsiyində insanların bədən hərarəti 37 dərəcə C olubsa, hazırda normal göstərici 36.6 dərəcə C sayılır. Hər il bu göstərici 0,003-0,004 dərəcə C aşağı düşür.

Bunun səbəbi isə, alimlərin fikrincə, müasir insanın oturaq həyat tərzi seçməsi, az hərəkət etməsidir. Adi hərəkətlər üçün adamlar getdikcə daha az enerji sərf edirlər, ona görə də bədən temperaturunu da daha özləri tənzimləmirlər.

İndi yüksək hərarət qripin əlaməti sayılır. O, bir saat ərzində 40 dərəcə C-yə qalxa bilər, amma kəskin respirator virus infeksiyasında hərarət 39 dərəcədən yuxarı qalxmır.Sputnik.az




REKLAM