sehiyye.info

Bakıda beş yaşlı uşaq xəstəxanada öldü - Daha bir həkim səhlənkarlığı iddiası

Bakıda beş yaşlı uşaq xəstəxanada öldü - Daha bir həkim səhlənkarlığı iddiası
Bakıda A.F.Qarayev adına 2 saylı uşaq xəstəxanasında beş yaşlı Məmmədova Firuzə Ceyhun qızı vəfat edib.



Redaksiyamıza gələn müraciətdə beş yaşlı qızın həkim səhlənkarlığından vəfat etdiyi iddia edilir.



Sehiyye.info məsələ ilə bağlı A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanası ilə əlaqə saxlayıb.



Xəstəxanın baş həkimi Azər Xudiyev bildirib ki, 2014-cü il təvəllüdlü Məmədova Firuzə Ceyhun qızı 13 yanvar 2020-ci ildə saat 03:43-də preaqonal vəziyyətdə (ölümqabağı vəziyyət) xəstəxanaya gətirilib:



“Müayinə zamanı uşağa Plevropnevmoniya, İkincili miokardit, III-IV dərəcəli tənəffüs çatışmazlığı, III dərəcəli ürək-damar çatışmazlığı diaqnozları müəyyən edilib.



Reanimasiyada intensiv terapiya aparılıb. Ağciyərlər süni ventilyasiya aparatına qoşulub. Təxminən 10 saat ərzində aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, xəstə saat 13:35-də vəfat edib”.Baku vs



REKLAM