sehiyye.info

Anar İsayevin Rusiyanı şoka salan fırıldaqları: Ər axtaran həkim Viktoriyanın və digər qadınların dramı

Anar İsayevin Rusiyanı şoka salan fırıldaqları: Ər axtaran həkim Viktoriyanın və digər qadınların dramı
Rusiyada azərbaycanlı dələduz və fırıldaqçının əməlləri özünə internetdə “ağ atlı şahzadə” axtaran bir neçə qadını banklar qarşısında yüz minlərlə dollar borclu vəziyyətə salıb. Onlardan bəziləri intihar etməkdən son anda daşınıblar.

Sehiyye.info Virtualaz.orga istinadən xəbər verir ki, çoxsaylı dələduzluq əməllərinə görə həbs edilmiş Anar Nəriman oğlu İsayevin həbsxanadan da bu əməllərini necə davam etdirdiyi barədə “Rossia Today” telekanalının reportajında ətraflı bəhs edilir.

Reportaja əsasən həbsxanada cəza çəkən dustaq qadınları aldadaraq fırıldaq yoluyla milyonlarla kreditləri rəsmiləşdirməyə və pulları ona verməyə məcbur edib. İlk baxışdan dələduzun sxemi sadə və aydın görünüb, heç bir çübhə yaratmayıb. Belə ki, internetdə tanış olduğu qadınlara özünü yüksək vəzifəli məmur kimi təqdim edib, onlarla ciddi münasibət qurmaq niyyətində olduğu haqda təsəvvürü yaradıb.

Fırıldaqçının nağıllarına uyan qadınlar isə real həyatda üzünü görmədikləri bu adamdan ötrü banklara qaçaraq onun kartına milyonlarla rubl pul köçürüblər. Fırıldaqçı məhbusun qurbanlarının sayı dəqiq məlum olmasa da, artıq ona qarşı ittiham irəli sürülüb və məhkəmə önünə çıxarılıb.

Anar İsayevin Rusiyanı şoka salan fırıldaqları: Ər axtaran həkim Viktoriyanın və digər qadınların dramı
Anar İsayev üzünü israrla gizlədir...

Fırıldaqçının toruna düşənlərdən biri 35 yaşlı Viktoriyadır. Moskvanın mərkəzi xəstəxanasında həkim işləyən, Tibb Universitetinin müəllimi, elmlər namizədi Viktoriya sözügedən dələduzla internetdə - tanışlıq saytında “rastlaşıb”. Ailə qurmaq niyyətində olan Viktoriya özü də bilmədən dələduzun qurbanına çevrilib.

Ağ atlı şahzadə, yoxsa?

“Siz mənim çox xoşuma gəlirsiniz. Sizinlə ciddi münasibət qurmaq istəyirəm. Əgər siz də razı olsanız mən bu tanışlığa şad olardım. Ciddi münasibət üçün qeydiyyatdan da keçmişəm. Milliyyətcə yarı yunan, yarı yəhudiyəm. 1998-ci ildən Moskvada yaşayıram. Dini mənsubiyyətim yoxdur. Yalnız Allaha inanıram. Evli deyiləm, heç vaxt evlənməmişəm, uşaqları çox sevirəm. Hər yerdə yaxşı insanların olduğuna ümid edirəm. Buna görə də tanışlıq saytında münasibət qurmaq niyyətindəyəm. Özüm dövlət xidmətində işləyirəm. Tanışlıq saytında yazışmıram, yalnız vatsappla əlaqə saxlamaq istəyirəm. Əgər öz nömrənizi yazsanız sizinlə əlaqə saxlayaram və özüm barədə daha ətraflı məlumat verərəm. Sizə göndərdiyim mesaj nə şablon, nə də köçürmə mətn deyil. Xidməti işimlə əlaqədar olaraq öz nömrəmi burada açıq yazmıram. İnanın ki, tanışlığımızdan məmnun qalcaqsınız. Bu mesaj yalnız sizə ünvanlanıb. Adım Yanisdir, nömrənizi yazmağı səbirsizliklə gözləyirəm” məzmunlu mesaj alan Viktoriya elə həmin gün də Yanisə zəng vurub.

Xəttin o başındakı şəxsin danışıq üslubu, səsdəki əminlik şirin Viktoriyanın xoşuna gəlib. Söhbət əsnasında 36 yaşlı Yanis həyata baxışından, planlarından danışıb, hazırda dayısı və eyni zamanda şefi ilə birgə Soçidə inşaat layihəsiylə bağlı ezamiyyətdə olduğunu deyib. Viktoriyanın şəxsi həyatı, işləri, planları ilə maraqlanıb. Bütün günü telefonla danışıblar. Viktoriya özlüyündə əmin olub ki, illərdir gözlədiyi “ağ atlı şəhzadə” məhz bu adamdır. Amma hər şey göründüyü qədər sadə deyildi...



REKLAM