sehiyye.info

Saatlıda təcili yardım maşını qəzaya uğradı

Saatlıda təcili yardım maşını qəzaya uğradı
Saatlıda təcili yardım maşını qəzaya uğrayıb.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında Saatlı şəhərində baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, çağırışa gedən təcili yardım maşını “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.



REKLAM