sehiyye.info

Çexiyada onkoloji xəstəliklər üçün hüceyrə-gen terapiyası tətbiq edilib

Çexiyada onkoloji xəstəliklər üçün hüceyrə-gen terapiyası tətbiq edilib
Brnen Universitetinin tibb mərkəzi (Çexiya) onkoloji xəstəliklərin müalicəsində hüceyrə-gen terapiyası metodikasının klinik sınaqlarını uğurla həyata keçirib.Sehiyye.info xəbər verir ki, bu unikal metodikanın dünyada analoqu yoxdur.

Məlum olub ki, kimya terapiyasından sonra durumu yaxşılaşmayan pasiyentin hüceyrə-gen terapiyasından durumu o qədər yaxşılaşıb ki, bayram günlərini keçirmək üçün onu evə yazıblar.

Klinikanın mətbuat xidmətindən bildiriblər ki, müalicənin nəticəsini müasir təbabətin unikal nailiyyəti adlandırmaq olar.



REKLAM