sehiyye.info

Azərbaycanda koksaki virusu yayılıb: Əsasən azyaşlılarda olur

Azərbaycanda koksaki virusu yayılıb: Əsasən azyaşlılarda olur
Azyaşlılar arasında koksaki adlı virusun yayılması barədə xəbərlər gündəm olub. Xəstəlik ilkin olaraq qrip kimi başlayır.
Qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir. Səpkilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır. Ancaq bu kimi hallar qızılca və suçiçəyi xəstəliklərində də olur.
Samsung Azərbaycan

Elə isə koksakini digər xəstəliklərdən necə fərqləndirmək lazımdır? Tibb elmləri doktoru, professor Adil Qeybulanın sözlərinə görə, xəstəliyə diaqnoz qoymaq pasiyentin yox, həkimin işidir:

“Bu xəstəliklər bir-birlərinə oxşayırlar. Əlamətləri də, demək olar ki, eynidir. Odur ki, xəstə özü hansı virusa yoluxduğunu müəyyənləşdirə bilməz. Bunun üçün mütləq həkimə müraciət etmək lazımdır”.

AzadQadin.az bildirir ki, Adil Qeybulla Sherg.az-a bunları bildirib: "Vətəndaşlar ictimai yerlərdə, o cümlədən nəqliyyat vasitələrində maska ilə gəzsinlər. Həmçinin sərhəd-keçid məntəqələrində qarantin tədbirləri görülməlidir"

Professor, həmçinin qeyd etdi ki, bu xəstəliyə yoluxanlar ehtiyatlı olmalıdırlar: “Çünki koksaki virusu bəzi hallarda ölümə də səbəb ola bilər. Bu virus əsasən azyaşlılarda olur. Hava-damcı yolu ilə yoluxduğuna görə insanların bu xəstəliyə tutulması çox asandır. Ona görə də, məsləhət görərdim ki, vətəndaşlar ictimai yerlərdə, o cümlədən nəqliyyat vasitələrində maska ilə gəzsinlər. Həmçinin sərhəd-keçid məntəqələrində qarantin tədbirləri görülməlidir. Çünki bu virus bizə qonşu respublikalardan keçib. Onu da vurğulayım ki, koksaki virusu bədəndə 7-10 gün müddətində qalır. Bəziləri bu xəstəliyi ayaqüstü keçirirlər. Ancaq koksaki ölümlə də nəticələnə bilər. Bu, əsasən orqanizmin müqavimətindən və görülən profilaktik tədbirlərdən asılıdır. Virusa yoluxanlar çoxlu maye qəbul etməli və əsasən meyvə, tərəvəzlə qidalanmalıdırlar.”

Əhalinin maariflənməsi istiqamətində KİV-in rolunu da qiymətləndirən A.Qeybulla televiziyaların, qəzetlərin bu məsələyə həssas münasibət göstərməli olduqlarını vurğulayıb:

“Düzdür son günlər koksaki virusu ilə bağlı KİV-də geniş materiallara rast gəlinir. Bu, çox yaxşıdır. İnsanlar bu xəstəliklə bağlı məlumatlı olmalı və hansı profilaktik tədbirlər görəcəklərini bilməlidirlər”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi KİV-ə açıqlamasında Azərbaycanda koksaki virusunun olduğunu təsdiqləyib. Nazirlikdən bildirilib ki, Azərbaycanda koksaki virusuna yoluxma halları var. Artıq bəzi şəxslərə koksaki diaqnozu qoyulub.

Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev bildirib ki, bu xəstəliyin diaqnozu reaktivlərlə qoyulur.
Onun sözlərinə görə, bu xəstəliyə yoluxanlar həkim nəzarəti altında müalicə olunmalıdırlar. Onlar gün ərzində çoxlu maye qəbul etməli, qidalanma zamanı meyvə-tərəvəzdən istifadəyə üstünlük verməlidirlər.



REKLAM