sehiyye.info

Aralıq dənizində vəziyyət ciddiləşir - Türkiyəyə qarşı qorxunc plan

Aralıq dənizində vəziyyət ciddiləşir - Türkiyəyə qarşı qorxunc plan
"Aralıq dənizindəki fəaliyyətləri və Liviyadakı qarşıdurmada daha fəal iştirak etmək istəyi Ankaranı bir neçə regional dövlətlə üz-üzə qoyur”.

Arasırma.info xəbər verir ki, bunu ingilis politoloq Pol İddon deyib.

O, qeyd edir ki, ötən ayın sonunda Ankaranın Liviyanın tanınmamış Milli Saziş Hökuməti (GNA) ilə Aralıq dənizinin yurisdiksiyası ilə bağlı anlaşma Memorandumu imzalaması Misir, Cənubi Kipr və Yunanıstanı qəzəbləndirib.

Ekspert Türkiyənin bu müqavilə ilə beynəlxalq qanunları pozduğunu vurğulayır.

Pol İddon qeyd edir ki, Türkiyə artıq Şimali Kipr bölgəsinə qazma gəmiləri göndərməklə regional dövlətləri və Avropa İttifaqını özünə qarşı qoyub. Ankara isə Şimali Kipr Türk Cümhuriyyəti ərazilərində qazma işləri aparmaq hüququnun olduğunu israr edir.

Politoloq xatırladır ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən həftə başqa bir dövlətin öz ölkəsinin iddia etdiyi sularda qazma işləri aparacağı təqdirdə hərbi güc tətbiq edəcəyini vurğulayıb.

Türk hərbi təhlilçisi Levent Özgül isə qeyd edib ki, Türkiyədən fərqli olaraq, Qərbdən olan müttəfiq qüvvələrin Aralıq dənizindəki fəaliyyətlərinə beynəlxalq dəstək var:

“Fransa, İtaliya, Yunanıstan, Cənubi Kipr, Misir, Fars körfəzi ölkələri, Rusiya, ABŞ, Böyük Britaniya, İsrail və hətta Kiprdə lisenziyalı bir şirkətə sahib olan Qətərin bölgədə Türkiyəyə qarşı planları var”.Teleqraf.com



REKLAM