sehiyye.info

Şeytana ibadət edən 135 nəfər saxlanıldı - Aralarında qadınlar da var

Şeytana ibadət edən 135 nəfər saxlanıldı - Aralarında qadınlar da var
İranda şeytana ibadət etdiyi iddia olunan 135 nəfər saxlanılıb.

Sehiyye.info xəbər verir ki, bu barədə Dəmavənd ilçəsinin baş prokuroru İbrahim Bəsabi məlumat yayıb.

"Tasnim" agentliyinə müsahibə verən Bəsabi bildirib ki, saxlanılanlar arasında qadınlar da var: "Onlardan 7-i həbs edilib, digərləri isə şərti azadlığa buraxılıb. Saxlanılanların üzərindən bıçaq və həblər aşkarlanıb".

Qeyd edək ki, oktyabrda Əlborz əyalətində də oxşar halla bağlı 5 nəfərlik şəbəkə saxlanılmışdı.Publika.az



REKLAM