sehiyye.info

Ankarada nümunəvi həkim olmaq mövzusunda forum işə başlayıb

Ankarada nümunəvi həkim olmaq mövzusunda forum işə başlayıb
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Ankaradakı səfirliyi və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyi tərəfindən birgə təşkil olunan forumda Azərbaycan və Türkiyədən həkim və tibb sahəsində təhsil alan tələbələr, eləcə də musiqi və idman sahəsində tanınmış şəxslərin iştirakı ilə keçirilir.

İki gün davam edəcək tədbir rəsmi hissə, panellər və bədii bölmədən ibarətdir.

Panellər “Azərbaycanın səhiyyə sistemində və tibbi təhsildə yeniliklər”, "Türkiyədə təhsil alan və çalışan azərbaycanlı həkimlərin problemləri və həllinə dair təkliflər", "Tibdə elmi araşdırma və nəşrlər", "Azərbaycanda mütəxəssis həkimlər üçün iş və karyera imkanları", “Musiqiçi və idmançıların gözündə nümunəvi həkimlik”, "Xaricdə təhsil və karyera fürsətləri" və digər əhəmiyyətli mövzuları əhatə edir.

Forumun məqsədi Azərbaycan və Türkiyənin səhiyyədə əldə etdikləri uğurlar barədə informasiya mübadiləsi, bu sahədə əməkdaşlığın genişləndirilməsi yolları və təhsilin vəziyyəti, həmçinin müasir dünyanın səhiyyə problemlərini müzakirə etməkdir.

Dekabrın 8-də forumun axırıncı panelləri və bağlanış hissəsi olacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri



REKLAM