sehiyye.info

Fransız nəşri: “Yolka bəzəmək qədim türk ənənəsidir” – İlginc iddia

Fransız nəşri: “Yolka bəzəmək qədim türk ənənəsidir” – İlginc iddia

Hər il dekabrın 25-də İsa peyğəmbərin doğum günü (Yeni İl) münasibəti ilə küknar ağacının (yolka) bəzədilməsi Orta Asiyada yaşayan qədim türk qəbilələrinin ənənəsidir.

Sehiyye.info xəbər verir ki, bu barədə Fransada nəşr olunan “La Depeche” qəzetində dərc olunan məqalədə bildirilib.
Məqalədə qeyd edilir ki, əslində küknar ağacının Məsihlə heç bir əlaqəsi yoxdur, bu ənənə vaxtilə türk qəbilələri arasında qışda “Günəşin yenidən doğulması mərasimi” kimi mövcud olub.

Türk qəbilələri bunun üçün ancaq Türküstanda (Orta Asiya) bitən ağ küknar ağacından istifadə edib. Bu, gecəyə qarşı döyüşən İşıq tanrısını simvolizə edirdi. Qədim türklərdə işığının qalibiyyətinin bayram kimi qeyd olunması, ilin ilk günü (Narduqan) sayılırdı.

Məqalə müəllifinə görə, qədim türklər ağ küknar ağacını rəngli lentlərlə bəzəyir, ağacın altına hədiyyələr qoyur, Tanrıya dua edirdilər.



REKLAM