sehiyye.info

İlin həkimi

İlin həkimi
Media Araşdırma Mərkəzi və Səhiyyə.info saytı tərəfindən səhiyyə sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə peşəkar həkim stomatoloq Zümrüd Qasımova "İlin həkimi"adına layiq görülüb.
Xatırladırıq ki, Qasımova Zümrüd Əziz qızı 1960-cı ildə ziyalı ailəsində anadan olub.Atası Əziz Xələfov Respublikanın əməkdar həkimidir.Anası Tamara Əliyeva isə tanınmış cərrah olub.Ən əsası isə Zümrüd xanım Milli Qəhrəman Salatın Əsgərovanın bacısıdır.
Zümrüd Qasımova 1982-ci ildə ATU-nin Stomatologiya fakultəsində təhsil alıb.İnternaturanı keçdikdən sonra həkim stomatoloq olaraq fəaliyyətə başlayıb.40 ilə yaxındır ki,həkimlik adını uca tutur.Hal hazırda 8 saylı Stomatoloji Poliklinikada çalışır.



REKLAM