sehiyye.info

Əlillərə münasibət - cəmiyyətin yetkinliyinin göstəricisidir.

Əlillərə münasibət - cəmiyyətin yetkinliyinin göstəricisidir.
Əlillərin əhalinin ən həssas təbəqələrindən biri olduğu aydındır. Bu, bir çox ölkələrdədə belədir və Azərbaycan da istisna deyil.
Məhz, bu kateqoriyalı vətəndaşlar (məlum səbəblərə görə) həm dövlətin, həm də cəmiyyətin xüsusi diqqətini tələb edir. Düzünü deyək ki, əlillərin ölkəmizdə yaşaması asan deyil.Onların problemlərinin siyahısı çox uzundur - əlillik, təqaüd,müavinət, onlara uyğun iş olmaması və s.Ən maraqlısı da budur ki,son zamanlar əlillik dərəcəsinin alınmasında çox ciddi problemlər yaranıb.ƏƏSMN nin rayon idarələrinə müraciət edənlərə gözləmək təklif olunur.Səbəb isə,sistemin işləməməsi göstərilir.Maraqlıdır,kompyuter sisteminin işləməməsinin nə aidiyyatı var.Yaxşı bəhanədir.
Dövlətimizin,eləcə də hörmətli Prezidentimizin və onun xanımı Mehriban Əliyevanın əlillərə göstərdiyi qayğını inkar etmək olmaz.Qarabağ döyüşlərində iştirak etmiş əlil qazilərin avtomobillə təmin edilməsi,evlə təmin edilməsi,onların sosial şəraitinin yaxşılaşdırılması kimi tədbirlər məhz bu dövlətin qayğısıdır.
Lakin,son vaxtlar vətəndaşların narazılığı artmaqdadır.Xəstə adamlar Poliklinikalarda yoxlanılır,əlillik almaq üçün bütün sənədləri qanuni ola-ola,Nazirlikdən etiraz qərarı verilir.Əlillər də bu məsələdə maneələr ,büroktatiya,süründürməçilik gördükdə dövlətə qarşı aqressiya yaranır.Belə çıxır ki,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalini dövlətə qarşı çıxardır.Bundan başqa ƏƏSMN Səhiyyə Nazirliyinin də səllahiyyətlərinə müdaxilə edir.

Yeni nazirin saxta pensiya adı ilə pensiyaçılara qarşı fəaliyyəti onu Səhiyyə Nazirliyi ilə üz-üzə qoyub. Belə bir iddia ilə çıxış edən nazirlik əməkdaşının sözlərinə görə, S. Babayev bununla bağlı İşçi Qrupu yaradıb: “Həmin İşçi Qrup ünvanlı sosial yardımları araşdırmaqda bəlkə də tamam ilə haqlıdır. Amma onların əlil və digər pensiya hüquqlu şəxslərin sənədlərinə məhəl qoymadan araşdırmaq, hətta bu zaman bəzi xəstələrlə kobud davranmağa nə hüquqları, nə də mənəvi haqları var. Amma bu heç də əsas vermir ki,həqiqi əlilləri süründürəsən.
Araşdırma.info saytı olaraq əlimizdə olan faktlara əsasən deyə bilərik ki,onlarla xəstə əlillik dərəcəsini gözləyərək dünyasını dəyişib.Bunu kimin ayağına yazaq ?
Bu yaxınlarda hörmətli Prezidentimiz İlham Əliyevin əlillərlə bağlı çıxışında demişdir." Heç bir məmur xəstə və ya adi vətəndaşla kobud danışa, onu təhdid edə bilməz.Əlillərin sosial şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülməlidir."

Əlavə onu da qeyd edək ki, hamı yaxşı bilir ki, pensiya təyinatları Səhiyyə Nazirliyinin müvafiq epiqrizləri əsasında təyin edilir. Yəni bunu dəyişdirmək və ya ona düzəliş etmək səlahiyyəti də ƏƏSMN-in rəhbəri Sahil Babayevin işi deyil. ƏƏSMN yalnız onu təsdiqləməklə görəvlidir.Necə ola bilər ki,Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasından imtahan verməklə yüksək bal toplayan həkimlərin rəyi tamamilə yanlış olsun.ƏƏSMN- nin həkim ekspertləri də Sertifikasiya Kommisiyasından keçibmi ? Yəqin ki,yox.
Məsələnin həll olunması üçün təcili tədbirlər görülməlidir.Nazirlər Kabineti ƏƏSMN-in strukturlarında dəyişiklik edib, “VTEK”-ləri də Səhiyyə Nazirliyinin tabeliyinə versin. Əgər xəstəni xəstəxanalar müayinə edib, onunla bağlı qərar verirsə, o zaman əlillik qruplarını digər nazirliyin müəyyənləşdirməsi məntiqli deyil. Yaxşı olardı ki, bu, elə ilk andan müayinə və müalicə edən səhiyyə sisteminin kurasiyasına verilsin. Hazırda Ölkədə islahatların aparıldığı bir vaxtda bu qurumları da birləşdirmək lazımdır.Təsadüfi deyil ki,əhalidə narazılıq günü-gündən artır.Bu,sosial partlayışa səbəb ola bilər.



REKLAM