sehiyye.info

Üç günlük körpəni çölə atdılar

Üç günlük körpəni çölə atdılar
Faktla bağlı araşdırma aparılır

3 günlük körpəni çölə atıblar.

Hadisə Şirvanda baş verib.

Belə ki, dünən axşam satlarında Leytenant İbrahimov küçəsi 18, mənzil 2 ünvanında yerləşən evin qapısına yun parçaya bükülmüş və sellofan torbaya qoyulmuş halda uşaq tapılıb.

Körpəni aşkar edən Şirvan sakini Sevda Abbasova uşağın tapılması barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verib. Sonra uşaq Şirvan doğum evinə gətirilib.

Həkimin sözlərinə görə uşağın göbəyi qeyri-peşəkar formada kəsilib. Bu da körpənin tibb müəssisəsindən kənarda doğulmağına dəlalət edir. Uşağa həkimlər tərəfindən bütün yardımlar edilib.

Hazırda doğum evində olan körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı Şirvan polisində araşdırma aparılır.(xezerxeber.az)



REKLAM