sehiyye.info

Piylənmə ilə mübarizəyə ən çox pul xərcləyən ölkələrin reytinqi açıqlanıb - TOP-10

Piylənmə ilə mübarizəyə ən çox pul xərcləyən ölkələrin reytinqi açıqlanıb - TOP-10
Dünyanın bir çox ölkələrində əhali arasında piylənmə hallarının artması tibbi büdcə xərclərinin artımına səbəb olub.

"APA-Economics" bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dərc etdiyi hesabata istinadən xəbər verir.

Hesabatda qeyd olunub ki, piylənmədən əziyyət çəkən insanlar daha arıq həmvətənlərindən daha çox tibbi yardım axtarışında olurlar, buna görə də belə xəstələrə tibbi xidmət göstərmək daha yüksək xərc tələb edir.

OECD-ə üzv olan ölkələrdə əhalinin hər dörd nəfərindən biri piylənmədən əziyyət çəkir. Beləliklə, artıq çəkidən əziyyət çəkən insanları da nəzərə alsaq, bu, OECD ölkələri əhalisinin təxminən 60%-ni təşkil edir.

Piylənmə problemi ilə mübarizə üçün dövlətlər tərəfindən görülən müxtəlif tədbirlərə baxmayaraq, qeyri-sağlam həyat tərzi keçirənlərin sayı artmaqda davam edir və bununla birlikdə piylənmədən əziyyət çəkənlərin sayı da artır.

OECD ölkələrində piylənmə ilə əlaqəli problemlərin müalicəsinin orta dəyəri ümumi tibbi xərclərin 8,4%-ni təşkil edir. Siyahıda Amerika birinci yeri tutur.
ABŞ,Almaniya,Kanada,İtaliya,İspaniya,Avstraliya,Böyük Britaniya,Fransa,Rusiyavə Braziliya.






REKLAM