sehiyye.info

Tibb Universitetinin əməkdaşları beynəlxalq konfransda elmi məruzə ilə çıxış ediblər

Tibb Universitetinin əməkdaşları beynəlxalq konfransda elmi məruzə ilə çıxış ediblər
Rusiyanın Həştərxan şəhərində “Müasir tibbin aktual məsələləri” mövzusunda Xəzəryanı ölkələrin IV Beynəlxalq elmi-praktik konfransı keçirilib. Beynəlxalq toplantıda Azərbaycan Tibb Universitetinin (ATU) terapevtik və pediatrik propedevtika kafedrasının əməkdaşları dosent Rəna Rzayeva və assistent Zərifə Məmmədova da iştirak ediblər.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin əməkdaşları konfransda elmi məruzə ilə çıxış ediblər.

Dosent Rəna Rzayeva terapiya seksiyasında şəkərli diabeti olan xəstələrin damarlarında izlənilən dəyişikliklərlə bağlı elmi məruzəni konfrans iştirakçılarının diqqətinə çatdırıb. Maraqla qarşılanan çıxışdan sonra məruzəçi auditoriyanın suallarını cavablandırıb. Toplantının sonunda iştirakçılara sertifikatlar təqdim olunub.



REKLAM