sehiyye.info

Depressiya Altsheymer riskini ikiqat artırır

Depressiya Altsheymer riskini ikiqat artırır
Qadınlar depressiyaya daha çox meylli olduğu üçün Altsheymerə yoluxma riski də qadınlar üçün daha böyükdür. Depressiya Altsheymer xəstəliyi riskini ikiqat artırır.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Kaliforniya universitetində aparılan araşdırmaya görə, keçmişdə depressiya keçirən və müalicə edilməyən şəxslərdə Alstheymer xəstəliyinə tutulma riski iki qat çox olur.


Ciddi xəstəlik yayılıb: Buraxılmış səhv kütləvi tələfata səbəb ola bilər
Araşdırma zamanı məlum olub ki, depressiyadan müalicə alan şəxslərdə Alstheymerə yoluxma riski azalır. Mütəxəssislərə görə, Altsheymer 65 yaşından sonra insanlarda müşahidə edilir.
Qadınlar depressiyaya daha çox meylli olduğu üçün Altsheymerə yoluxma riski də qadınlar üçün daha böyükdür.

Müalicə edilməmiş depressiya insanda ağır travma yaradır. Keçmişdə ağır psixoloji travma yaşamış insanlar bu xəstəliyə daha çox yoluxur.

Aparılan araşdırmada 3535 nəfər iştirak edib. Həmçinin qeyd edilib ki, Altsheymer xəstələri yaxın keçmişi unutmasına baxmayaraq, uzaq olan keçmişi daha yaxşı xatırlayırlar.Sputnik.az



REKLAM