sehiyye.info

Yemək yedikdən sonra özünüzü pis hiss edirsinizsə... - Həkimdən VACİB XƏBƏRDARLIQ

Yemək yedikdən sonra özünüzü pis hiss edirsinizsə... - Həkimdən VACİB XƏBƏRDARLIQ
Çox vaxt yemək yedikdən sonra xoşagəlməz hisslər, bəzən hətta ağrılı hallar olur. Qəbizlik, şişkinlik, ümumi zəiflik və digər problemlər səhv qidalanma ilə bağlı ola bilər. Bu problemlərdən xilas olmaq üçün qida rasionunu necə dəyişmək olar?

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur həkim, "Sağlam yaşamaq" verilişinin aparıcısı Yelena Malışeva yeməkdən sonra özünü pis hiss etməyin səbəblərini açıqlayıb.

Qarın şişkinliyi

Bəzən nahardan bir neçə saat sonra mədədə gurultu başlayır və şişir. Bəlkə də bu, laktoza qarşı dözümsüzlükdən qaynaqlanır. Bu, allergiya deyil. Mümkündür ki, bədəninizdə süd şəkərini həzm etmək üçün laktaza fermenti yoxdur. Süd digər məhsulların əsas tərkib hissəsidir, məsələn, demək olar ki, bütün qənnadı məmulatları.

Bu halda nə etməli? Bütün süd məhsulları və ağartı məhsullarını rasiondan iki həftəlik çıxarın. Əgər problem laktoza deyilsə, şişkinlik sizi narahat etməyəcək.

Yeri gəlmişkən, ağartı məhsullarını demək olar ki, həmişə istifadə etmək olar. Laktoza onlarda emal olmuş haldadır. Ancaq adi südü, aşağı laktozalı ilə əvəz edə bilərsiniz.


Qəbizliyin yaranmasının səbəbləri müxtəlifdir. Ancaq makoron, çörək, kökə və s. karbohidrat məhsullarına üstünlük verən insanları qəbizlik daha çox vaxt yorur. Bu məhsullardan demək olar ki, bütün maddələr əmilir və orqanizmdə həzm edilməyən qalıq kimi qalır, nə qədər gücənsən də faydası yoxdur.

Nə etməli? Rasiona lifli taxıl məhsulları, göyərti, xiyar-pomidor, kərəviz və kəpək daxil edin. Gündəlik tələbatı ödəmək üçün 30 qram qarğıdalı kəpəyi yemək kifayətdir. Buğda və yulaf isə daha kalorili olur.

Yeməkdən sonra zəiflik və yorğunluq

Bu, əlamətlər anemiyaya işarə edir. İnsanlar tez-tez nar, alma və qarabaşaq sayəsində problemi xalq üsulları ilə həll etməyə çalışırlar. Amma tamamilə faydasızdır. Qan azlığından əziyyət çəkən insanlar üçün ən effektiv vasitə ət məhsullardır. Çünki məhz onlarda bu xəstələrə lazım olan kifayət qədər dəmir mövcuddur. Xüsusilə mal əti qaraciyəri dəmirin ən zəngin mənbəyidir.

Nə etmək lazımdır? Qan testlərində dəmir azlığı və ya hemoqlobin varsa, qida rasionuna müntəzəm olaraq ət, qaraciyər də daxil edin. Vegetariansınızsa, həkiminizdən resept dəmir tabletləri istəyin.



REKLAM