sehiyye.info

“Qızıl” balıq itirilmiş nişan üzüyünü sahibinə qaytardı - FOTO

“Qızıl” balıq itirilmiş nişan üzüyünü sahibinə qaytardı - FOTO
İngiltərərnin Penzans şəhərində balaca dəniz balığı itirilmiş nişan üzüyünü geri qaytarmağa kömək edib.

“The Cornishman” xəbər verir ki, 44 yaşlı Den Levin dənizdə üzdüyü zaman barmağındakı nişan üzüyünü ititrib.

Üzüyün dizaynını 13 il birlikdə yaşadığı həyat yoldaşı özü tərtib edibmiş. Cütlük üzüyün itməsinə çox üzülüb.

Den “Facebook” səhifəsində üzüyün itməsi barədə yazı yerləşdirib.

Bir gün sonra Harry və Emma Spayrs sahildə gəzərkən gözlərinə balaca balıq sataşıb. Balığa baxmaq ücün əyilən Harri suyun altında parıldayan üzük görüb.

O, tapıntının şəklini itirilmiş əşyalar qrupunda yerləşdirib və üzük tezliklə sahibinə qaytarılıb. Oxu.az
“Qızıl” balıq itirilmiş nişan üzüyünü sahibinə qaytardı - FOTO
“Qızıl” balıq itirilmiş nişan üzüyünü sahibinə qaytardı - FOTO



REKLAM