sehiyye.info

Azərbaycanlı alimin elmi araşdırmasının dərc olunması nüfuzlu jurnala tövsiyə olunub

Azərbaycanlı alimin elmi araşdırmasının dərc olunması nüfuzlu jurnala tövsiyə olunub
Oktyabrın 9-dan 13-dək Türkiyənin Antalya şəhərində “Təcili cərrahiyyə və travma” mövzusunda konqres keçirilib. Konqresdə Azərbaycan Tibb Universitetinin (ATU) ümumi cərrahiyyə kafedrasının dosenti, tibb elmləri doktoru Müşviq Həsənov iştirak edib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konqresin plenar iclasında həmyerlimiz “Lokal və diffuz peritonitlə ağırlaşmış apendisitlərdə qarın boşluğunun ozonlaşdırılmış məhlulla sanasiyasının səmərəliyi” mövzusunda çıxış edib.

Müzakirələrdən sonra həmin elmi araşdırmanın xüsusi statusa malik olan “Təcili cərrahiyyə və travma” jurnalında çap edilməsi tövsiyə olunub.



REKLAM