sehiyye.info

Qocalar və uşaqlar birləşdi.

Qocalar və uşaqlar birləşdi.
Kanada alimləri unikal eksperiment həyata keçiriblər.Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,Kanadada analoqu olmayan eksperiment həyata keçirilib.Belə ki.qocalar evi ilə,kimsəsiz uşaqlar evi birləşdirilib.İlk dəfə olaraq, alimlərin apardığı müşahidələr zamanı məlum olub ki,uşaqların qocalara,eləcə də qocaların uşaqlara yaranan məhəbbəti nəticəsində hər iki tərəfi xoşbəxt edib.Tənhalıqdan yorulan qocalar öz nəvələri ilə əylənmək,onlara tərbiyə vermə,kitab oxumaq,gəzintiyə çıxmaq və s .kimi yaşayışdan məmnun olduqlarını deyiblər.
Uşaqlar isə öz növbəsində özlərini atılmış hiss etmirlər.Onların nənə və babaları olduğu və bundan həyata maraq dərəcələrinin artdığını deyiblər.Həkimlər qocaların sağlamlığında da dəyişikliklərin hiss olunduğunu qeyd ediblər.Onlara gündəlik verilən müxtəlif dərmanların sayı azalıb.Qocalar özlərini uşaqlarla əyləndikdən sonra çox yaxşı hiss edirlər.
Tərbiyəçilər isə uşaqların qismən özlərini ailəli hiss etməsi,aqressiv hərəkətlərin xeyli azalmasını müşahidə ediblər.Bu qeyri adi ideya başqa ölkələrdə də tətbiq olunacağı gözlənilir.



REKLAM