sehiyye.info

Azərbaycanda saxta şprislər satılır – Açıqlama

Azərbaycanda saxta şprislər satılır – Açıqlama
Azərbaycanda standartlara uyğun olmayan, Çin istehsalı saxta şprislərin satışa buraxılması barədə xəbərlər yayılıb.

Sehiyye.info bildirir ki,bu barədə Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, vətəndaşlardan bu barədə çoxlu sayda şikayət alıblar:

“Vətəndaşlar bizə zəng edərək, apteklərdə Çin istehsalı olan saxta şprislərin olduğunu bildiriblər. Sözügedən şprislər insan sağlamlığı üçün çox təhlükəlidir və vətəndaşlar buna görə çox narahatdırlar. Biz hazırda sözügedən məsələni araşdırmağa çalışırıq”.

Məsələ ilə bağlı Axar.az-a açıqlamasında Analitik Ekspertiza Mərkəzinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərova bildirib ki, Mərkəzə heç bir vətəndaşdan bu xüsusda şikayət daxil olmayıb:

“Tövsiyə edirik ki, vətəndaşların hər hansı şikayəti yarandığı təqdirdə qurumun qaynar xəttinə zəng edərək və ya AEM-in “Bir Pəncərə” xidmətinə yaxınlaşaraq, əyani olaraq şikayətlərini bildirsinlər”.



REKLAM