sehiyye.info

Azyaşlılara siqaret satanlar 500-1000 manat cərimələnsin - TƏKLİF

Azyaşlılara siqaret satanlar 500-1000 manat cərimələnsin - TƏKLİF
Rusiya Daxili İşlər Nazirliyi azyaşlı uşaqların tütün məmulatlarından istifadəsinin qarşısını almaq məqsədilə növbəti dəfə yeni addım atmaq qərarına gəlib. Belə ki, yeni təklifə görə siqaret çəkməyə başlayan uşaqların valideynləri iki min rubla qədər cərimələnə bilər.

Milli Məclisin deputatı Araz Əlizadə hesab edir ki, ölkəmizdə qəbul olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanundakı cərimələr artırılmalıdır:

“Bizim qəbul etdiyimiz qanun çox normaldır. Amma yeganə etirazım sulu qəlyanın tamamilə ləğv olunmasıdır.

Ümumiyyətlə, qanunun həyata keçirilməsi üçün ciddi şəkildə nəzarət olmalıdır. Qanun yaxşı olsa belə, ona riayət edilməməsi zamanı onun heç bir mənası yoxdur.

Fikrimcə, biz qanun qəbul edildiyi zaman çox yüksək cərimələr nəzərdə tutulmalı idi. Çünki məktəblərin yanında siqaretlər satılır, siqaretlərin reklamı gedir, restoranlarda siqaret çəkirlər.

Ona görə də iki min rubl bizim üçün heçnədir. Elə cərimələr olmalıdır ki, qiymətlər satıcılara, restoran sahiblərinə xeyir gətirməsin. Məsələn, məktəbin yanında satılan siqaretə görə satıcılara təxminən 500-1000 manat cərimə edilməlidir. O zaman o satıcının qəpiklərdən qazanması belə ağlına gəlməyəcək”.Oxu.az



REKLAM