sehiyye.info

İlin həkimi

İlin həkimi
Media Araşdırma Mərkəzi və Səhiyyə.info saytı tərəfindən səhiyyə sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə peşəkar həkim terapevt Solmaz Musayeva "İlin həkimi"adına layiq görülüb.
Xatırladırıq ki,Solmaz Musayeva ATU -nin müalicə profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirib.1985-ci ildən həkim olaraq çalışır.35 illik təcrübəyə malik olan Solmaz xanım insanlara daim sağlamlıq bəxş edir.O. peşəkar həkim olmaqla yanaşı ,özünəməxsus insani keyfiyyətlərə də, malikdir.Xəstələrin hamısına fərdi qaydada yanaşır və onların orqanizmləri haqqındakı şikayətlərə diqqətlə qulaq asır.İşlədiyi dövrdə minlərlə xəstə onun yazdığı müalicədən şəfa tapıb.Solmaz Musayeva hal hazırda 20 saylı Şəhər Poliklinikasında çalışır.
İlin həkimi



REKLAM