sehiyye.info

Piylənmə "iradə zəifliyinin nəticəsi deyil", psixoloqlar deyir

Piylənmə "iradə zəifliyinin nəticəsi deyil", psixoloqlar deyir
Piylənməni insan özü üçün seçmir və piylənməyə görə insanı utandırmaq həmin adamı özü barədə daha pis düşünməyə sövq edir, aparıcı psixoloqlar tərəfindən hazırlanan bir hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, səhiyyə işçiləri piylənmədən əziyyət çəkən insanların vəziyyətini yüngülləşdirmək üçün "şişman insan" ifadəsi əvəzinə "piylənməsi olan insan" ifadəsini işlətməlidirlər.

Eləcə də qeyd olunub ki, səhiyyə işçiləri arıqlama mövzusunda daha da dəstəkverici ruhda danışmağı bacarmaq üçün məşq keçməlidirlər.

Xərçənglə bağlı tədqiqatlar aparan xeyriyyə təşkilatının bu yaxınlarda buraxdığı "kök insanları utandıran" reklam tənqid olunub.

İngiltərədə piylənmə səviyyəsi 2005-2017-ci illərdə 18 faiz artıb, Şotlandiya, Uels və Şimali İrlandiyada da göstəricilər oxşardır.

Bu o deməkdir ki, Britaniyada böyüklərin hər dördündən birinin piylənməsi, təxminən üçdə ikisinin isə artıq çəkisi və ya piylənməsi var.

Bu artımı Britaniyada insanların qəfil motivasiya itkisiylə izah etmək mümkün deyil - Britaniya Psixoloji Cəmiyyətinin açıqladığı hesabata əsasən gəldiyi qənaətə görə, bu, "bir insanın iradə çatışmazlığı ilə əlaqəli deyil" və daha mürəkkəb məsələdir.

Siqaretdən daha qorxulu: piylənmə və artıq çəki
"Bəli mən kökəm. Və baxın, necə yaşayıram"
Piylənmə riski insan hələ körpəykən təxmin edilə bilir
Çox yeyəndə depressiyaya düşürsünüz? Bağırsağın ikinci beyin olduğunu bilirdiniz?
Stress və travma
Qeyri-sağlam dərəcədə piylənməyə meyilli olan insanlarda bu keyfiyyət genetik səviyyədə özünü göstərir və adətən, belə insanların iş, təhsil rejimi və sosial fəaliyyəti normadan artıq yemək və hərəkətsiz həyat tərzinə səbəb olur.

"Yoxsul məhəllələrdə yaşayan insanlar tez-tez həyati çətinliklər və travmalar da daxil olmaqla dərin stress keçirirlər. Çox vaxt bu cür ərazilərdə fiziki aktivlik üçün şərait və əlverişli sağlam qidanı əldə etmək imkanları məhdud olur".
Piylənmə "iradə zəifliyinin nəticəsi deyil", psixoloqlar deyir
Hesabatda deyildiyi kimi, insanın psixoloji təcrübəsinin də böyük rolu ola bilər, belə ki, piylənmədən şikayət edənlərin yarıdan çoxu uşaqlıq illərində çətinliklərlə üzləşib.

İctimai kampaniyalar zamanı, həkimlər, rəsmilər vurğulayırlar ki, artıq çəkiyə görə yaranan utanc və stress hissi çox vaxt daha əlavə yeməklərin yeyilməsinə və nəticədə daha çox piylənməyə səbəb olur.

Bu yaxınlarda britaniyalı komediyaçı James Corden piylənməyə görə insanları lağa qoymağın əleyhinə səsini ucaldaraq qeyd edib ki, "əgər bu, kök insanlara arıqlamağa kömək etsəydi, onda məktəblərdə piylənmiş uşaqlar olmazdı".

Bedfordshire Universitetindən doktor Angel Chater-in qeyd etdiyi kimi, psixoloqlar sağlamlıq mütəxəssislərinə piylənmə ilə bağlı daha yaxşı ünsiyyət qurmaqda kömək edə bilərlər.

"Piylənmənin müalicəsi asan olsaydı, burada olmazdıq və bu hesabatı yazmazdıq", o deyib.

"İradəniz çox güclü ola bilər, lakin doğru qida, sağlam mühit, yaxşı həyat şəraitiniz yoxdursa ... çətin olacaq."

Siqaretə qarşı kampaniyadan öyrənmək
Hökumət piylənmə probleminə siqaretçəkmə probleminə yanaşdığı kimi yanaşmalıdır, hesabatda qeyd olunub.

"Bu yanaşma on illərdir ki, hökumət siyasətindən tutmuş siqaret çəkənlərədək bütün səviyyələrdə tədbir görülməsini tələb edib. Lakin indi siqaretçəkmə səviyyəsinin və bunun doğurduğu sağlamlıq problemlərinin əhəmiyyətli dərəcədə azalmasını müşahidə edirik", - Britaniya Psixoloji Cəmiyyətinin baş direktoru Sarb Bajwa deyib.

"Psixoloqlar piylənməylə bağlı səhiyyə xidmətinə eyni nəticəni əldə etməyə kömək edə bilərlər, bunun üçün onların kifayət qədər elmi və klinik təcrübəsi var."

"Biz yalnız fərdlərə kömək yollarını ortaya qoymaqla deyil, həm də insanların piylənməməsini asanlaşdıran bir mühit yaratmağa kömək edəcək dövlət siyasətinə dair məsləhətlər verə bilərik."

Bununla yanaşı, psixoloqlar piylənmənin "xəstəlik" kimi təsnif olunmasının tərəfdarı deyillər, çünki onların qənaətincə, bu, diqqəti uğurlu nəticə verə biləcək davranış dəyişiklərindən uzaqlaşdıra bilər.BBC



REKLAM