sehiyye.info

Naməlum şəraitdə xəsarət aldı

Naməlum şəraitdə xəsarət aldı
Sabunçu rayonunda bir nəfər naməlum şəkildə xəsarət alıb.

Sehiyye/infonun məlumatına görə, hadisə ayın 21-də saat 13.00 radələrində rayonun Ramana qəsəbəsində qeydə alınıb.

1969-cu il təvəllüdlü Y.B. Ramana qəsəbəsində baş nahiyyəsindən aldığı xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olduğundan ifadə verə bilməyən bu şəxsin hansı şəraitdə xəsarət aldığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



REKLAM