sehiyye.info

Nazirlik qarayaraya yoluxanların son vəziyyətini açıqladı

Nazirlik qarayaraya yoluxanların son vəziyyətini açıqladı
Sentyabrın 9-da 24 və 36 yaşlı Sabirabad rayon sakinləri Rayon Mərkəzi Xəstəxanasına gətirilmişdi. Həmin şəxslərə həkimlər tərəfindən qarayara diaqnozu qoyulmuşdu.

Sabirabadda qarayaraya yoluxanlar barədə yeni məlumat var.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qarayaraya yoluxan hər iki xəstənin vəziyyəti həkimlər tərəfindən yaxşı qiymətləndirilir. Onların 20-21 sentyabr tarixlərində evə buraxılacaqları gözlənilir.

Xatırladaq ki, sentyabrın 9-da 24 və 36 yaşlı Sabirabad rayon sakinləri Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həmin şəxslərə həkimlər tərəfindən qarayara diaqnozu qoyulub.

Hələlik onların xəstəliyə haradan yoluxduqları məlum deyil.




REKLAM