sehiyye.info

Malyariya xəstəliyində yeni müalicə üsulu tapıldı

Malyariya xəstəliyində yeni müalicə üsulu tapıldı

Bir çox insanın qorxulu yuxusu olan və ölümlə nəticələnə bilən malyariya xəstəliyinə qarşı yeni bir müalicə üsulu yaradılıb.

Sehiyye.info xəbər verir ki, Antarktida dəniz süngərindən əldə edilən komponentlər sayəsində malyariyya xəstəliyi parazitlər hələ inkişaf mərhələsində olarkən məhv edilə biləcək.
Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 2017-ci ildə bütün dünyada 219 milyon malyariya xəstəsindən 435 mini həyatını itirib. Xəstəliyin əlamətləri isə qızdırma və üşümə ilə başlayır, şiddətli anemiya, tənəffüs sıxıntısı və orqan çatışmazlığına qədər irəliləyir. Xəstəlik ağcaqanad sancması ilə başlayır və ölümlə nəticələnə bilir.

Bu xəstəlik üçün günümüzə qədər yaradılan dərmanlar müalicə zamanı parazitləri xəstənin qanında olarkən nəzarət altına ala bilir, lakin, parazitlər getdikcə artaraq bu dətmanlata qarşı dirənc qazanırlar. Buna görə də, parazitlərin hələ dirənc qazanmadığı və artım mərhələsində olduğu zaman orqanizmə müdaxilə etmək həll yolu kimi görülür.(Metbuat.az)



REKLAM