sehiyye.info

Yeni doğulan körpələr arasında ölüm hallarının ən aşağı səviyyəsi Portuqaliyadadır

Yeni doğulan körpələr arasında ölüm hallarının ən aşağı səviyyəsi Portuqaliyadadır
Dünya Səhiyyə Təşkilatı (DST) və BMT Uşaq Fondu (UNICEF) tərəfindən bu gün açıqlanmış hesablamalara görə, yeni doğulan körpələr arasında ölüm hallarının ən aşağı səviyyəsi əvvəlki kimi Portuqaliyada müşahidə olunur: 1990-cı ildə yeni doğulan hər min körpədən 12-si öldüyü halda, 2017-ci ildə həmin göstərici üç körpə təşkil edib.

Sehiyye.info xəbər verir ki, UNICEF və DST-nin uşaq və ana ölümü ilə bağlı yeni hesablamalarının tərkib hissəsidir. Bu məlumatlara görə, getdikcə daha çox qadın və körpə salamat qalır. Buna baxmayaraq, hələ də hər 11 saniyədən bir qadın və ya bir körpə çox vaxt qarşısı alına biləcək səbəblərdən dünyasını dəyişir.(AZƏRTAC)



REKLAM