sehiyye.info

Halsızlığın səbəbləri nə ola bilər.

Halsızlığın səbəbləri nə ola bilər.
Ciddi xəstəliyiniz olmadığı halda, özünüzü daima halsız hiss edirsiz? Aşağıda sizə halsızlıq hissi verən 10 kiçik tibbi xəstəliklərin izahı verilir.
“Coeliac” xəstəliyi.

Bu xəstəlik bir növ qida allerqiyasıdı. Bədənizin buğda qida məhsullarındakı qluten adlı maddəyə həssas omasından irəli gəlir. Bu xəstəliyin əlavə simptomları diareya, anemia (qırmızı qan azlığı), çəki itkisidir. Bu xəstəliyi qan testi ilə diaqnoz eləmək olur.

Anemia (QQA, qırmızı qan azlığı, hemoqlobin azlığı).

Hemoqlobinin istehsalı üçün lazımi dəmir mineralını az qəbul etdikdə özünüzü daima halsız hiss edə bilərsiz. Qırmızı qan hüceyrələri, hemoqlobinin köməyi ilə bütün bədən hüceyrələri oksiqen (O2) qazı daşıyırlar. Bu xəstəlik xüsusilə aybaşı keçirən və hamilə xanımlarda qeydə alınır.

Xroniki halsızlıq xəstəliyi.

Bu ciddi halsızlıq xəstəliyi ən azı 6 ay davam edir. Digər simptomları əzələ ağrısı, joint (sümükləri birləşdirən toxuma) ağrısı, baş ağrısı və boğaz ağrısıdır.
Apnea.

Bu apnea gecə vaxtı yatdığınız zaman baş verir, nəfəs borularınız daralır, xoruldamaqla nəticələnir və siz oyanırsız. Buna görə də, sabah səhər özünüzü yorğun hiss edirsiz. Bu xəstəliyə xüsusən artıq-çəliki, orta-yaşlı kişilərdə rast gəlinir. Alkoqol qəbul etmək və siqaret çəkmək bu xəstəliyi daha da pisləşdirir.

Pasiv tiroid vəzi.

Tiroid vəzi kifayət qədər fəal olmadığı zaman qanınızda tiroid hormonun səviyyəsi azalır və bu sizə halsızlıq və əzələ ağrıları bəhş edir. Bu xəstəliyə ən çox yaşlanan qadınlarda rast gəlinir. Tiroid hormonunun səviyyəsini qan testi ilə diaqnoz elətdirə bilərsiz.

Diabet (Şəkər xəstəliyi).

Daimi halsızlıq, susuzluq, çəki itkisi diabet xəstələrinin ən bariz simptomlarındandır.

Vəz qızdırması.

Virusun səbəb olduğu bu xəstəlik halsızlıq, qızdırma, boğaz ağrısı və şişmiş vəzlərə səbəb olur. Halsızlıq xəstəlik qurtardıqdan sonra belə həftələrcə davam edə bilər.

Depressiya.

Depressiya sizə həm də enerji azlığı verir, yaxşı yata bilmirsiz, və səhərlər özünüzü yorğun hiss edə bilərsiz.

Həmişə fəal ayaqlar.

Ayağınızdakı hissiyyatlar sizə yaxşı yatmağa imkan vermir, həmişə ayağınızı hərəkət etdirməlisiniz, və bu sizin yuxu keyfiyyətini azaldır. Səhər özünüzü halsız və enerjisiz hiss edirsiz.

Daimi narahatçılıq xəstəliyi.

Əgər daimi narahatçılıq keçirirsinizsə, yorğunluq, enerjisizlik və halsızlıq sizi həmişə narahat edəcək.(Həkim terapevt Günay İsmayılova)



REKLAM