sehiyye.info

Babasının bağında əvvəlcə arılar hücum çəkdi, sonra it dişlədi – FOTO

Babasının bağında əvvəlcə arılar hücum çəkdi, sonra it dişlədi – FOTO
Babasının bağında əvvəlcə arılar hücum çəkdi, sonra it dişlədi – FOTO
Məşhur aktrisa Burcu Kara babasının bağında dəhşətli anlar yaşayıb.

Sehiyye.info xəbər verir ki, aktrisa babasının İznikdəki bağında əncir yığarkən gözlənilmədən arıların və itin hücumuna məruz qalıb. O, başına gələnləri belə danışıb:

“Dayım qızı ilə ağacdan əncir toplayırdıq. Əvvəlcə 2-3 arı üstümə qondu, sonra sayları artdı, dayımqızı əli ilə uzaqlaşdırmağa çalışdı. Qorxub qaçanda, 10-dan artıq arı üzərimə qondu. Vahiməyə düşüb ikimiz də ayrı tərəfə qaçdıq. Getdiyim istiqamətdə pətəyi açıq arılar vardı. Odur ki, bir anda hamısı vücudumu bürüdü. Elə bu vaxt qonşunun iti də mənə hücum edib və ayağımı dişlədi. Sürətlə qonşunun evinə sığınıb, dərhal özümü hamama atdım və suyun altına girdim. Üzərimdəki arıları su ilə təmizlədim. Təxminən 15 dənə arı sancdı. Həkim allergiya dərmanı verib. Ertəsi gün göz qapaqlarımdan da arı iynələrini çıxarmışıq".

Aktrisa hazırda səhhətinin yaxşı olduğunu deyib.(Publika.az)



REKLAM