sehiyye.info

Dəmir çatışmazlığının başlıca səbəBİ QİDADIR.

 Dəmir çatışmazlığının başlıca səbəBİ QİDADIR.
Bu gün uşaqlar arasında kifayət qədər geniş yayılan dəmir çatışmazlığı bir sıra problemlərə yol açır. Dəmir çatışmazlığı özünü uşaqlarda yorğunluq, halsızlıq kimi büruzə verir.

Son zamanlar bu göstəricilər artıb. Buna səbəb nədir? Düzgün qidalanmamaq, yoxsa istehlak etdiyimiz qidaların tərkibinin standartlara uyğun olmaması?
Sehiyye.info xəbər verir ki,"Vitamin B12 çatışmazlığı, orqanizmin fol turşusuna tələbatı, talassemiya xəstəliyi və daşıyıcılığı, qlükoza 6 fosfat dehidrogenaza deyilən fermentlər səbəbindən qanın ümumi analizində parametrlər dəyişkən ola bilir. Dəmir çatışmazlığı yaradan müxtəlif səbəblər ola bilər. Bunlar qanın ümumi analizində həkimlər tərəfindən müəyyən edilməlidir. Valideynlər sırf profilaktik cəhətdən il ərzində heç olmasa bir dəfə qanın ümumi analizini verib, uşaqları yoxlanışdan keçirməlidirlər. Həmin analizin nəticələrinə görə, həkimlər mövcud vəziyyəti qiymətləndirə və müalicə yaza bilər. Dəmir çatışmazlığı ilə bağlı müalicə aylarla davam edə bilir, gərək səbrlə təlimatlara uyğun davranılsın".
Bunun üçün bu qidaları qəbul etmək məsləhətdir:
-Günəşdə qurudulmuş pomidor

Günəşdə qurudulan pomidor dəmir baxımından ən zəngin qidalardan biridir. 100 qram pomidorda 9.1 mq dəmir var. Bu da gündəlik ehtiyacınızın yarısı deməkdir.

Kişmiş

Kişmişin tərkibində bir çox meyvədən daha çox dəmir var. Bir stəkan quru üzümdə 3.2 mq dəmir var. Quru üzümü qovun, portağal, çiyələk kimi C vitamini baxımından zəngin meyvələrlə birlikdə yeyərək, dəmirin bədən tərəfindən əmilməsini artıra bilərsiniz.

Xurma

Yüksək səviyyədə şəkər və kalori tərkibli olduğu üçün arıqlamaq istəyənlərə yaxşı bir alternativ olmaya bilər. Ancaq ölçülü miqdarda yedikdə xurma dəmir çatışmazlığı ilə mübarizə aparmağa kömək edir. Həmçinin xurmada olan potasium, lif və antioksidantlar ürək sağlamlığı üçün də faydalıdır.

Ərik qurusu

Bir pors ərik qurusu gündəlik dəmir ehtiyacının 19 faizini qarşılayır. Quru qaysı dəmir çatışmazlığının qarşısını almaqla yanaşı, sümükləri gücləndirir, ürək sağlamlığını qoruyur və dəriyə fayda verir.

Nar

Nar dəmir, C vitamini, K vitamini, lif, fol və potasium qaynağıdır. Ayrıca narda olan antioksidantlar ürəyə faydalıdır və qanı təmizləyir. Nar suyunun xərçənglə savaşdığı, təzyiqi düşürdüyü və hafizəyə faydası olduğu da sübut olunub. Gündə bir stəkan nar suyu içərək, bu faydalarından yararlana bilərsiniz.

Tut qurusu

Tutun tərkibində portağaldan daha çox C vitamini var. Həmçinin tut antioksidant, dəmir və liflə zəngindir. Bir pors tut qurusu gündəlik dəmir ehtiyacının 30 faizini qarşılamağa yetir.



REKLAM