sehiyye.info

Uşaqlar üçün təhlükə mənbəyinə çevrilən slaymlar – “Onlar böyük problemlərə səbəb olur”

Uşaqlar üçün təhlükə mənbəyinə çevrilən slaymlar – “Onlar böyük problemlərə səbəb olur”
Bir neçə ildir ki, istehsal olunan və uşaqların böyük marağına səbəb olan slaymların zərərləri barəsində mütəxəssislər həyəcan təbili çalır. Belə ki, saxtaları da ortaya çıxan slaymların uşaqlarda xərçəngə, dəridə səpki və allergik xüsusiyyətli xəstəliklərə səbəb olduğu aşakarlanıb. Artıq bəzi ölkələrdə bu slaymlara qadağan olunaraq mağazalardan kütləvi şəkildə yığışdırılır. Bəs Azərbaycanda vəziyyət necədir?
Sehiyye.info bildirir ki,mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən pediatr Vaqif Qarayev ucuz oyuncaqların dəhşətli xəstəliklərə yol açdığını bildirib. V. Qarayev slaymlarla yanaşı kimyəvin tərkibli oyuncaqların təhlükəli olmasına da diqqət çəkib:

“İstənilən kimyəvi işlənmə olan plastilin məhsullu oyuncaqlarda allergik problemli uşaqlarda allergiya ilə nəticələnir, hətta onların iyi, qoxusu körpələrdə bir qayda olaraq tənəffüs yollarının allergiyasını yaradır. Həmçinin alınan məmulatın keyfiyyəti çox vacibdir. Camaat arasında bir söz var, “kitayski” yəni Çin məhsulu. İnsanların əksəriyəti belə düşünür ki, belə məhsullar saxta olur. Elə mən də bu qənaətdəyəm. Ümumiyyətlə, bu uşaq oyuncaqlarına ciddi nəzarət olunmalıdır, amma nəzarət yoxdur. Son vaxtlarda hətta bu plastik, sintetik uşaq oyuncaqlarında radiasiya, şüalanma da aşkarlayıblar. Amma hamı gedib bahalı oyunacaqlar da ala bilmir, uşağını da oyuncaqsız qoya bilmir. Ucuz ətin də ucuz şorbası olur. Bu ucuz və keyfiyyətsiz oyuncaqlar uşaqlarda böyük problemlərə səbəb olur”.

O, uşaqlarla bağlı digər problemlərə də toxunub:

“Son vaxtların bəlası olan planşetlərdən, telefonlardan, televizordan və s. uşaqları qopartmaq üçün belə alternativ oyunlara fikir vermək lazımdır. Uşağın intellektual baxımdan inkişaf etdirsin, həm də bu yeni texnologiyalardan qopsun. İndiki uşaqların nitqlərində kifayət qədər problemlər var. Bunun səbəbi də onların danışmamasıdır, çünki ancaq televizora baxırlar".

Xatırladaq ki, slaymın tərkibində yer alan yapışdırıcı maddə müxtəlif dəri xəstəliklərinə səbəb olur. Qan və sinir hüceyrələrinə zəhərli təsirləri elmi cəhətdən də sübut olunub. Həmçinin bu oyun xəmirinə zər, dırnaq boyası, təraş köpüyü və s. qatılır.



REKLAM