sehiyye.info

Qurdu olan insan necə qidalanmalıdır?

Qurdu olan insan necə qidalanmalıdır?
Helmint yoluxması, həzm sistemində parazitlərin mövcudluğunun diaqnozu təsdiqini tapdıqdan sonra, xəstə - istər uşaq, istər böyük, gigiyena, dərman müalicəsi ilə yanaşı qidalanmasını da dəyişib, xüsusi pəhrizə əməl etməlidir

Sehiyye.info Metbuat.az-a istinadən bildirir ki, menyumuzda elə qidalar var ki, qurdları qidalandırır, artırır, eləsi də ola bilər ki, parazitlərə öldürücü təsir göstərir.
Qurdu olan insana nələr olar, nələr olmaz?

-İlk növbədə qurd öldürücü, qovucu xassəyə malik qidaları bol etmək lazımdır: yemiş, qarpız, balqabaq tumları, yemiş suyu, çiyələk, çiy kök. Təbii ki, bunlar təmiz və saf olmalıdır.
-Pasiyentlərə kefir və təmiz kərə yağı tövsiyyə olunur.
-Turş süd məhsulları həzmi yaxşılaşdırır, faydalı bakteriyaların sayını artırır
-Toyuq, balıq, ət təzə olmalı və termiki işlənməsi düzgün olmalıdır. Yaxşı olar ki, suda və ya buxarda bişirilsin. Amma həftədə 1 dəfə yemək bəs edir
-Bol miqdarda giləmeyvə, tam taxıldan çörək, tərəvəzlər qəbul olunmalıdır
-İçkilərdən mors, giləmeyvə kiseli, müalicəvi mineral sular
- Sarımsaq, mixək, darçın, kəklikotu, istiot, müxtəlif qurd əleyhinə bitki və çaylar

Olmaz:

-Marqarin yağı
-Yağlı, qızarmış ət
-duzlu, hisə verilmiş ərzaqlar
-İçki
-Siqaret
-Şəkər, qənd, şirniyyat, tort, konditer məhsulları
-Suxarı, çips, duzlu qidalar
-Ağ çörək



REKLAM