sehiyye.info

Azərbaycanlı xanım Beynəlxalq Gənclər Komitəsinin prezidenti seçilib (FOTO)

Azərbaycanlı xanım Beynəlxalq Gənclər Komitəsinin prezidenti seçilib (FOTO)
Ölkəmizdə Beynəlxalq Qan Donorları Cəmiyyətlərinin Federasiyası və Beynəlxalq Gənclər Komitəsinin layihəsi olan XIX Beynəlxalq Gənclər Forumu keçirilib.

Dünyanın müxtəlif ölkələrindən olan gənc qan ianəçiləri və bu istiqamətdə fəaliyyət göstərən cəmiyyət nümayəndələri hər il bir araya gələrək qan donorluğu sahəsində olan yenilikləri, eyni zamanda problemləri müzakirə edir.

Avqustun 22-də Bakı Konqres Mərkəzində Forumun rəsmi hissəsinin açılışı olub. Rəsmi açılış mərasimində dövlət qurumları ilə bərabər 30-dan çox ölkədən (Danimarka, İtaliya, Danimarka, Portuqaliya, Litva, Latviya, Hollandiya, Norveç, Almaniya, Livan, Hindistan, Gürcüstan və s.) nümayəndələr, o cümlədən Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının (FİODS) və Beynəlxalq Gənclər Komitəsinin (İYC) rəhbər şəxsləri iştirak ediblər. Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının icraçı direktoru nitq sonrası Mərkəzi Qan Bankının rəhbəri Pərvanə Hacıyeva və Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərovu könüllü qan donorluğunun inkişafında göstərdiyi xidmətlərə görə FİODS-un adından təltif edib.

Forumun 3-cü günü iştirakçılar yerli və xarici ekspertlər ilə bərabər Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının fəaliyyəti ilə yaxından tanış olublar.

Forumun son günündə XIX Beynəlxalq Gənclər Forumunun növbəti 3 illik idarə heyətinin seçkisi keçirilib. Bu seçkidə “Qan Donorları Assosiasiyası”nın xarici əlaqələr üzrə rəhbəri Nərmin Rəhimova növbəti 3 il üçün Beynəlxalq Gənclər Komitəsinin prezidenti seçilib.

Beynəlxalq Qan Donorları Təşkilatları Federasiyasının (IFBDO) gənclər qolu kimi 2000-ci ildə yaradılan Beynəlxalq Gənclər Komitəsi dünya üzrə gənclər arasında qan donorluğunun təbliği və təşviqi ilə məşğul olur. IFBDO 1955-ci ildə Lüksemburqda təsis olunub və hal-hazırda dünya üzrə 90 üzv təşkilatı mövcuddur.

Forum öz işini uğurla yekunlaşdırıb və növbəti il üçün XX Beynəlxalq Gənclər Forumununun Neapolda keçirilməsi qərara alınıb.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

REKLAM