sehiyye.info

Alkoqolsuz yağlı qaraciyər xəstəliyi - terapevt gözü ilə

Alkoqolsuz yağlı qaraciyər xəstəliyi -  terapevt gözü ilə
Son vaxtlar qaraciyər piylənməsi halları çoxalıb.Sehiyye.info bu barədə həkim terapevt,hepatoloq Günay İsmayılovanın fikirlərini öyrənib.
-"Alkoqolsuz yağlı qaraciyər xəstəliyi (AQX), populyasiyada yayılması 30% -ə çatan çoxşaxəli bir xəstəlikdir. Son onilliklərdə piylənmə və diabet ilə birlikdə AQX xeyli artmışdır. Buna görə AQX olan xəstələrdə şəkərli diabet, ürək-damar xəstəlikləri və mübadilə prosesinin pozulma riski artır. Digər tərəfdən bu serrozun da əmələ gəlməsinə gətirib çıxara bilər. Qeyd etmək vacibdir ki, yaradıcı şəxslərlə müqayisədə AQX olan xəstələrdə şəkərli diabet, metabolik sindrom, ürək-damar xəstəlikləri (serebrovaskulyar və periferik damar lezyonları, hepatosellüler karsinoma, xroniki böyrək xəstəliyi daxil olmaqla) inkişaf riski artır.Xəstəliyin başlanğıc mərhələlərində AQX olan əksər xəstələr asemptomatikdir, lakin bədən kütləsi indeksində artım, qaraciyər transaminazaları və ultrasəsə görə qaraciyərin hiperekoikliyi həkimə xəbərdarlıq etməlidir. İlk mərhələlərdə xəstəlik özünü heç bir əlamətlə büruzə verməyə bilər. Əvvəl xəstəni bu kimi simptomlar narahat edə bilər: həzmin pozulması, ürəkbulanması, bəzən qusma, sağ qabırğaaltı nahiyəsində ağırlıq. Əksər hallarda insan buna fikir vermir və ya digər pozulmalarla əlaqələndirir (zəhərlənmə, qidanın həddən artıq qəbulu və s.). Xəstəlik inkişaf etdikcə zəiflik, səbəbsiz yorğunluq, əmək qabiliyyətinin azalması, sağ qabırğaaltı nahiyəsində ağrılar, boyun və qoltuğaltı nahiyələrində tünd ləkələrin əmələ gəlməsi kimi simptomlar meydana çıxır. Xəstənin qara ciyəri böyüyür.
Xəstəliyin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır. Xəstəliyin diaqnostikası və müalicəsi ilə terapevt hepatoloq məşğul olur.
Diaqnozun təsdiqləşdirilməsi üçün xəstəyə qan analizi və qarın boşluğunun USM-i təyin olunur. Bəzən xəstəyə qara ciyərin biopsiyası təyin oluna bilər. Biopsiya zamanı qara ciyərin mikroskopik toxuması nazik iynə ilə götürülür və mikroskop altında müayinə olunur."



REKLAM