sehiyye.info

Toyda qonaqlar zəhərləndilər: yeddisi uşaqdır

Toyda qonaqlar zəhərləndilər: yeddisi uşaqdır
Həkim müayinəsindən sonra zəhərlənən şəxslərə ambulator yardım göstərilib və onlar evə buraxılıb. Ağdaşda sünnət toyunda zəhərlənən 10 nəfər ötən gecə və səhər saatlarında xəstəxanaya müraciət ediblər.


Toyda baş verən zəhərlənmənin ilginc səbəbi: niyə məhz qız evi...
Ağdaş Rayon Mərkəzi Xəstəxanasından Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin şəxslərdə işləmə-qusma əlamətləri müşahidə olunub. Həkim müayinəsindən sonra zəhərlənən şəxslərə ambulator yardım göstərilib və onlar evə buraxılıblar.

Xatırladaq ki, hadisə ötən gün rayonun Cardam kəndində təşkil olunmuş sünnət toyunda qeydə alınıb. Mərasimdə iştirak edənlər – 4 yaşlı Polad Əsgərov, 1 yaşlı Turan Cəbrayılov, 4 yaşlı Əlövsət Cəbrayıllı, 4 yaşlı Zeynəb Cəbrayılova, 3 yaşlı Fərid Cəbrayıllı, 6 yaşlı Seymur Əsgərov, 13 yaşlı Vüsalə Mehdiyeva, 23 yaşlı Ramilə Abbasova, 32 yaşlı Kamilə Məmmədova, 37 yaşlı Yasəmən Cahangirova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olublar. Faktla bağlı araşdırma aparılır.Sputnik.az



REKLAM