sehiyye.info

İlin həkimi

İlin həkimi
Media Araşdırma Mərkəzi və Səhiyyə.info saytı tərəfindən səhiyyə sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə peşəkar həkim, travmatoloq-ortoped Ayaz Hümbətov "İlin həkimi"adına layiq görülüb.
Ayaz Hümbətov tibb üzrə fəlsəfə doktorudur.21 illik iş təcrübəsinə malik olan həkim cərrah-travmatoloq,ortoped-artroloq və idman travmaları üzrə mütəxəssisdir.
Amerika Ortoped Cərrahlar Akademiyasının üzvü (AAOS), 50-dən çox elmi məqalənin və əsərin müəllifi olan cərrah ortoped-artroloq, travmatoloq, idman travmaları üzrə mütəxəssis Dr. Ayaz Hümbətov 1995-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitirmişdir.
1996-2007-ci illərdə Respublika Elmi-Artroloji mərkəzində həkim travmatoloq-ortoped, artroloq vəzifəsində çalışmışdır.
2004-2006-cı illərdə “ISAKOS” (Ümumdünya Beynəlxalq Artroskopiya və Diz cərrahiyyəsi Cəmiyyətinin Türkiyə mərkəzində) təkmilləşdirmə kursu keçmişdir.

2006-cı ildə Tibbi Bərpa İnstitutu “Artrologiya” şöbəsində “Böyük Elmi İşçi” vəzifəsində çalışmışdır.
2005-ci ildə “Qonartrozun Erkən Mərhələsində Cərrahi Taktika” mövzusunda dissertasiya edərək "Tibb Elmləri Namizədi" (hazırda-tibb elmləri üzrə fəlfəsə doktoru) dərəcəsini almışdır.
2005-ci ildən bu günə qədər Azərbaycan Milli Taekvondo Yığmasının konsultant həkimi olaraq olaraq çalışır.
2007-2015-ci illərdə Uniklinikada cərrah-travmatoloq, ortoped-artroloq kimi çalışmışdır.
2015-ci ildən bu günə qədər Medistyle klinikasında fəaliyyət göstərir.
Türkiyə, Fransa və digər ölkələrdə konfrans, simpoziumlarda iştirak etmişdir.
Hal hazırda Medistyle Hospitalda çalışır.

Əlaqə nömrəsi: (99450) 333 34 97
(99455) 231 58 80

İlin həkimi
İlin həkimi
İlin həkimi



REKLAM