sehiyye.info

Nikah müayinələri hansı xəstəlikləri üzə çıxarıb? - STATİSTİKA

Nikah müayinələri hansı xəstəlikləri üzə çıxarıb? - STATİSTİKA
Evlənməmişdən qabaq cütlüklərin tibbi müayinədən keçməsi vacib şərtlərdən biridir. Müayinəni vacib edən məqam gələcəkdə cütlükdə və dünyaya gələcək uşaqda hər hansı problemin yaranmaması ilə bağlıdır.



Maraqlıdır, tibbi müayinədən keçən gənclərdə hansı xəstəliklər aşkarlanır, cütlüklər daha çox hansı xəstəliyin daşıyıcısıdır ? Sehiyye.info bildirir ki,bu barədə Modern.az-a B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva danışıb.



Zöhrə Əlimirzəyeva deyir ki, əvvələr nikah öncəsi müayinədən keçmək könüllü idisə, indi məcburi hal daşıyır.

“2015-ci ildən Azərbaycanda nikahdan qabaq müayinələrin aparılmasına başlanılıb. Əvvələr bu proses könüllü idi sonralar icbari xarakter daşımağa başladı. Azərbaycan talasimiya xəstəliyinin çox yayıldığı ölkələr sırasındadır. Nikahdan qabaq bu proqramın həyat keçirilməsində məqsəd həmin xəstəliyin cütlüklərdə əvvəlcədən aşkarlanmasıdır. Hazırda ölkədə bir milyondan çox talasimiya daşıyıcısı var. Daşıyıcı praktik cəhətdən sağlam insandır. Yəni müayinə olunmayacağı təqdirdə onda bu daşıyıcılığın olması bilinmir. Lakin iki talasimiya daşıyıcısı olan insan evlənərsə o zaman həmin şəxslərin övladlarının xəstə doğulması ehtimalı yüksək olur”.



Zöhrə Əlimirzəyeva bildirir ki, indiyədək 600 mindən çox insan müayinədən keçib ki, onlardan da 20 mininin daşıyıcı olduğu aşkarlanıb.

“225 cütlüyün hər ikisində talasimiya daşıyıcılığının olduğu aşkarlanıb. Həmin cütlüklər də hamiləliyin 12, 18-ci həftələrində bizə müraciət edirlər və molekulyar genetiki müayinə aparılır. Daha sonra qadından dölyanı maye götürülür və uşağın genotipi müəyyən olunur k, uşaq xəstədir ya yox. İndiyədək aparılan müayinələrdə 30 uşağın sağlam olduğu, 30 uşaqda xəstəlik, 69 uşaqda daşıyıcılığın olduğu aşkarlanıb. Keçən ay 14 min 303 nəfər müayinə olunub ki, onların 4 min 141-i talasimiya daşıyıcısı, 61- nin “siflis”, 15 nəfərinin isə “QİÇS” olduğu öyrənilib. Həmin şəxslər təkrar dəvət olunaraq müayinə olunur və məsləhət verilir ki, ailə qurduqdan sonra hansı qaydalara əməl etmələri lazımdır”



REKLAM