sehiyye.info

Çernobılın bitkiləri: öldürücü radiasiya onları niyə öldürmədi?

Çernobılın bitkiləri: öldürücü radiasiya onları niyə öldürmədi?
Təbiətin Çernobıl AES-dəki qəzadan sonrakı radiasiyayla mübarizə üsulları gözlənilməz və kədərli nəticələr ortaya qoyub.

"Çernobıl" sözü qəzanın sinonimi halına gəlib.

Amerikanın HBO və Britaniyanın "Sky" kanallarının birgə çəkdiyi "Çernobıl" serialı 1986-cı ildə baş vermiş və miqyasına görə dünyada ən böyük atom enerjisi qəzası olan bu hadisəni yenidən yada saldı.

Qəzada ölənlərin sayı barədə rəylər bir-birindən xeyli fərqlidir. BMT-nin məlumatına görə, bilavasitə qəza nəticəsində 50 nəfər, şüalanmanın yaratdığı xəstəliklərə görə isə 4000-ə yaxın şəxs həyatını itirib.

Çernobılın radiasiyadan sağ çıxan itləri
"Çernobıl" serialının müəllifi faciə məkanında selfie çəkdirənlərə xəbərdarlıq edir
Ancaq başqa araşdırmalara görə, hadisə zamanı yüzminlərlə adam radioaktiv tullantıların (Xirosimanı məhv etmiş "Malış" bombasının tullantılarından 400 dəfə çox) qurbanı olub, qəzadan keçən iyirmi il ərzində isə ÇAES-dəki qəza birbaşa və ya dolayısıyla 200 min insanın ölümünə səbəb olub.
Çernobılın bitkiləri: öldürücü radiasiya onları niyə öldürmədi?
Çernobıl faciəsi bir zamanlar çoxminlik əhalisi olan yaşayış yerini xəyalət şəhər halına gətirib. Kənd təsərrüfatı 5 milyon hektar torpaqdan məhrum olub. AES ətrafında 30 km-lik ölü zona yaranıb, yüzlərlə kiçik yaşayış məntəqəsi yox olub.

Ancaq indi ölü zonada həyat var - canavarlar, ayılar, vəhşi donuzlar və digər heyvanlar köhnə stansiyanın ətrafındakı sıx meşələrə qayıdıblar.

Bitkilərə gəlincə, ən balacaları və zəifləri istisna olmaqla, demək olar ki, hamısı salamatdır. Hətta şüalanmanın ən çox olduğu ərazidə belə qəzadan üç il sonra bitki örtüyü bərpa olunmağa başlamışdı.

Bu ərazilərdəki bitkilərin qəbul etdiyi radioaktivlik dozası insanları, digər məməliləri və quşları öldürərdi. Bəs, bitkilər necə bu qədər dözümlü ola bilirlər?


Ukrayna və Belorusiya ərazisindəki böyük torpaq sahələri radioaktiv kirlənmə ucbatından hələ də istifadəyə yarasızdır. Amma bu torpaqlardakı bitki örütüyü əvvəlkindən daha sıxdır
Bu suala cavab vermək üçün nüvə reaktorlarındakı radiasiyanın hüceyrələrə necə təsir etdiyini bilməliyik. Çernobıl AES-in radioaktiv materialı stabil deyil. Onun reaktorundan dağılmış hissəciklər hüceyrə strukturunu dağıdır və ya hüceyrə sisteminə hücum edən aktiv kimyəvi materiallar yaradır.

Zədələnmədən sonra hüceyrənin böyük qismi bərpa olunur, amma DNT yox - bu, çox ciddi istisnadır. Radiasiyanın dozası böyük olanda DNT zədələnir və hüceyrələr sürətlə məhv olur.

Nisbətən az dozalar daha az zədələnməylə nəticələnir ki, bu da hüceyrələrin mutasiyasına və funksiyalarında dəyişikliyə səbəb olur. Məsələn, sürətlə çoxalıb bədənin bütün hissələrinə yayılan xərçəng hüceyrələri kimi.

Çernobıl ətrafındakı həyat haqqında fotobloq
"Çernobıl" serialında nə doğrudur, nə yanlış?
Heyvanlar üçün bu, öldürücüdür, çünki onların hüceyrələri əlahiddə səviyyədə ixtisaslaşıblar və uyğunlaşma qabiliyyətinə malik deyillər.
Çernobılın bitkiləri: öldürücü radiasiya onları niyə öldürmədi?
İnsanların və heyvanların biologiyası mürəkkəb bir maşındır, onun hər bir hüceyrəsi və orqanı öz yerini və rolunu bilir; üstəlik, bu maşının bütün hissələri bir-biriləri əlaqəli şəkildə və bir məqsəd üçün çalışmalıdırlar - bütün orqanizmin sağ qalmasına.

İnsan beyinsiz, ürəksiz və ağciyərsiz yaşaya bilməz.

Yerlərini dəyişə bilməmələri bitkiləri şəraitə adaptasiya olmağa vadar edir

Ancaq bitkilər başqa cür inkişaf edirlər, onların orqanizmi daha elastikdir. Yerlərini dəyişə bilmədikləri üçün bitkilər ətrafda baş verənlərə adaptasiya olunmaq məcburiyyətindədirlər.

Heyvanlardakı kimi birdəfəlik müəyyənləşmiş struktura sahib olmaq əvəzinə, onlar mütəmadi olaraq həyat şərtlərinə uyğun struktur formalaşdırırlar.

Bitkinin dərinə kök atması və ya uzanıb getməsi onun müxtəlif hissələrindən və qonşu bitkilərdən gələn kimyəvi siqnallardan, o cümlədən, işıqlanmadan, temperaturdan, suyun və qidalandırıcı maddələrin miqdarından asılıdır.

Həm də heyvanların hüceyrələrindən fərqli olaraq bitkilərin hüceyrələri lazım olan hər növ yeni hüceyrə yaratmaq qabiliyyətinə malikdirlər. Ona görə də bağban istənilən "qaçaqdan" yeni bitki yetişdirə bilir, yarpaq və ya budaq kök atır.


Çernoçıl AES-dəki qəza zamanı 54 nəfər həlak olub, radiasiya nəzticəsində daha min nəfər həyatını itirib
Bütün bunlar o deməkdir ki, heyvanlardan fərqli olaraq bitkilər ölü hüceyrələrini çox asan dəyişə bilirlər - zədənin səbəbi istər heyvan dişləri olsun, istərsə də radiasiya.

Radiasiya və digər zədə səbələri bitkilərdə DNT dəyişikliyinə və xərçəng şişinə gətirib çıxarsa da, mutasiyaya məruz qalmış hüceyrələr orqanizmin digər hissələrinə yayıla bilmirlər, çünki onların sərt divarları, membranları var.

Əksər hallarda belə şişlər bitkinin məhvinə gətirib çıxarmır, çünki o, düzgün inkişaf etməyən hissənin öhdəsindən gəlmək bacarığına malikdir.

Çernobıl könüllüsü: "25 il susmaq üçün sənəd imzaladıq"
"Çernobılı yadıma salma" - azərbaycanlı şahidlərin hekayələri
Maraqlıdır ki, bu daxili dözümlülüyə əlavə olaraq ölü zonadakı bəzi bitkiklər DNT-ni qorumaq üçün yeni mexanizmlər də inkişaf etdiriblər. Mövcud sistemin gücü çatmadığı hallarda onlar kimyəvi tərkiblərini dəyişərək "təmir" üçün əlavə sistemlər işə salıblar.

Bəzi heyvan və bitki növlərinin sayı qəzadan əvvəlki dövrlə müqayisədə indi daha çoxdur

Bitkilərin təkamül etdiyi uzaq keşmişdə Yer səthindəki radiasiya səviyyəsi indikindən dəfələrlə çox olub. Deməli, Çernobılın ölü zonasındakı bitkilər hüceyrələrindəki "əcdad yaddaşı" vasitəsilə sağ qalamağa cəhd edə bilərdilər.

Çernobıl ətrafındakı vəhşi həyat indi heyrətamiz dərəcədə rəngarəngdir. Bəzi heyvan və bitki növləri qəzadan əvvəlki dövrlə müqayisədə indi daha çoxdurlar.

Qəza nəticəsində nə qədər insanın öldüyünü və nə qədərinin də ömrünün qısaldığını nəzərə alsaq, təbiətin bu cür "qol-qanad açması" təəccüb doğurur.

Bəli, radiasiya bitkilərin də həyatına mənfi təsir edir və ola bilsin, ayrı-ayrı növlərin ömrünü qısaldır. Amma sağ qalmağı təmin edən resurlar kifayət qədərdirsə və şüalanma ölümcül deyilsə, həyat davam edir.


Digər heyvanlar kimi, Prjevalski atları da ölü zonada özlərini əla hiss edirlər
Belə görünür ki, Çernobıldakı radiasiyanın təbiətə vurduğu zərər insanların fəaliyyəti nəticəsində dəyən zərərdən daha azdır. İnsanlar ərazini tərk edən kimi vəhşi təbiət gücünü bərpa etməyə başlayıb.

Köhnə ÇAES-in ətrafındakı ərazini bu gün Avropanın ən böyük təbiət qoruğu adlandırmaq olar, indi burda ekosistem əvvəlkindən daha çox bitki və heyvan növünü dəstəkləyir, hətta bəzilərinin ömrü nisbətən qısalmış olsa belə.

Bütün bunlarla yanaşı, Çernobıl faciəsi həm də bu həqiqəti ortaya qoydu - insan fəaliyəti planetin ekologiyasına ciddi ziyan vurur. Məlum oldu ki, atom qəzası ekosistem üçün insan fəaliyyətindən daha az dağıdıcıdır.

Bu ərazini ölü zonaya çevirməklə, biz təbiətə dirçəlmək və təkbaşına radioaktiv çirklənmənin öhdəsindən gəlmək imkanı verdik.

Bu məqalə ilk olaraq The Conversation saytında dərc edilib və Creative Commons lisenziyası əsasında yenidən çap olunur. Məqaləni ingilis dilində BBC Future saytında oxuya bilərsiniz.



REKLAM